Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın ən strateji aktivinin gələcəyi bəlli oldu

© socar.azSOCAR ГНКАР
SOCAR ГНКАР - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: "Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq"

BAKI, 22 yan — Sputnik. "Azərbaycanın əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən, hökumətin strateji aktivi olan SOCAR özəlləşdirilməyəcək".

Sputnik xəbər verir ki, bu barədə "RİA "Novosti" agentliyinə müsahibəsində prezident İlham Əliyev açıqlama verib.

"Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq", —deyə dövlət başçısı bildirib.

Prezident SOCAR-ın dövlətin strateji aktivi olduğunu və bu səbəbdən onun özəlləşdirilməsinin müzakirə mövzusu olmadığını qeyd edib.

İlham Əliyev Rusiya şirkətlərinin Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak etmə ehtimalına da toxunub: "Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələlik müraciət edən olmayıb".

Xəbər lenti
0