CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli virus sərhədlərimizdə: hökumət bizi necə qoruyur?

© Sputnik / Максим Богодвид / Mediabanka keçidУчения по профилактике свиного гриппа
Учения по профилактике свиного гриппа - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmilər Azərbaycanda "donuz qripi" ilə bağlı karantin elan edildiyini, bütün sərhəd-keçid məntəqələrində ciddi yoxlamalar aparıldığını bəyan etsələr də, sıravi vətəndaşlar bunun tam əksini iddia edirlər

BAKI, 22 yan — Sputnik. Azərbaycanın sərhəd qonşuları olan dövlətlərin hamısında A (H1N1) virusunun daşıyıcıları aşkarlanıb və bu virusda ölüm halları günbəgün artmaqdadır. "Donuz qripi"adlanan xəstəliyin ölkə hüdudlarına daxil olması an məsələsidir. Bəs qonşu ölkələrlə kontaktı olan, ora səfərə gedib-gələn vətəndaşların, yaxud ölkəyə qonaq gələn əcnəbilərin virus daşıyıcısı olub-olmadığını yoxlayan mexanizm mövcuddurmu? Yaxud, ölkə bu qorxulu virusa qarşı hansı önləyici tədbirləri görüb?

SƏHİYYƏ
Türkiyədə 27 nəfər H1N1 virusundan ölüb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva Sputnik-ə deyib ki, 2015-ci ilin dekabr ayından bizə qonşu olan İran İslam Respublikasında H1N1virusuna yoluxma halları qeydə alınır: "Eyni zamanda ölüm halları da var. Həmin vaxtdan etibarən Respublikanın Səhiyyə Nazirliyi tərəfindən müvafiq əmr verilib. Respublikanın bütün müalicə-profilaktika müəssisələrinin "donuz qripi" və digər kəskin respirator virus infeksiyalarına qarşı əks-epidemik, profilaktik tədbirlərin aparılması barədə göstəriş verilib. Bütün müalicə-profilaktika mərkəzlərində xəstələrin qospitalizasiyası üçün çarpayılar ayrılıb, onlar lazımi dərman preparatları, dezinfeksiyaedici maddələr, invertarizasiya və digər ləvazımatlarla təchiz edilib".

"Eyni zamanda bütün ağır gedişli respirator virus infeksiyalı xəstələrdən laborator müayinə üçün yaxmanın götürülməsi, Taun Əleyhinə Stansiyaya çatdırılması yüksək səviyyədə təmin edilib. İndiyə qədər ağır gedişli respirator virus infeksiyalı xəstələrdə AH1N1 virusu qeydə alınmayıb", —deyə A. Əliyeva bildirib.

Mərkəz rəsmisinin sözlərinə görə, bizimlə həmsərhəd olan, "donuz qripi" qeydə alınan ölkələrdən Azərbaycana gələn bütün şəxslərə baxış keçirilir, sorğu aparılır, sərhəd-keçid məntəqələrində quraşdırılan termovizion (qızdırmanı təyin edən cihaz) vasitəsilə onlar müşahidə edilir:

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nazirlik: donuz qripi ilə bağlı lazımi dərman ehtiyatı yaradılıb
"Əgər hər hansı yüksək temperatur qeydə alınarsa, onlar barədə məlumat verilməsi nəzərdə tutulub. Ancaq bu vaxta qədər yüksək temperaturu olan, şübhəli xəstələrlə bağlı sərhəd-keçid məntəqələrindən Səhiyyə Nazirliyinə məlumat daxil olmayıb. Yəni xəstə aşkarlanmayıb və nəzarət davam edir".

Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) direktoru Rakif Abdullayev Sputnik-ə deyib ki, bütün viruslu xəstəliklərlə bağlı laboratoriyalar onların müəssisəsində yerləşir. A H1N1 virusu ilə bağlı da respublikanın hər yerindən gələn nümunələr RTƏS-də müayinə olunur.

"İndiyə qədər "donuz qripi" ilə əlaqədar 1 dənə də olsun şübhəli şəxs müəyyənləşdirilməyib", — deyə R. Abdullayev bildirib.

Onun sözlərinə görə, "donuz qripi" simptomlarının olmasından şübhələnən şəxslər ilk olaraq öz sahə poliklinikalarına müraciət etməlidirlər: "Orada burun və əsnəkdən yaxmalar götürülür, müayinə üçün RTƏS-ə göndərilir. RTƏS də həmin tibb müəssisələrinə müayinələrin cavabını göndərir. Əgər "donuz qripi" aşkarlansa, RTƏS-də onun müalicəsi üçün lazım olan hər cür şərait və müvafiq dərmanlar var".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sputnik-ə bildirib ki, nazirlik sərhəd-keçid məntəqələrində karantin elan edilməsi ilə bağlı müvafiq xəbərdarlığı Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə edib.

"İndiyə qədər xariclə təmasları olan şəxslərdə virus aşkarlanmayıb", — L. Bayramova qeyd edib.

Nazirlik sözçüsü onu da deyib ki, RTƏS-ə indiyə qədər "donuz qripi" şübhəsi ilə 80 nəfər müraciət edib: "Onlardan müvafiq analizlər götürülüb, müayinə edilib, lazkin A H1N1 virusu aşkarlanmayıb. Bununla belə, vəziyyət ciddi nəzarət altındadır".

Bu arada Dövlət Gömrük Komitəsi (DGK) Samur postunda "donuz qripi"nə qarşı qabaqlayıcı tədbirlər görüldüyünü açıqlayıb. DGK-dan Sputnik-ə verilən məlumata görə, Rusiya Federasiyasının müxtəlif ərazilərində, o cümlədən qonşu Dağıstan Respublikasında əhali arasında "donuz qripi"nin müşahidə olunması, ölüm hallarının baş verməsi DGK-nın ölkənin şimalındakı gömrük post əməkdaşlarını gücləndirilmiş iş rejiminə keçməyə vadar edib.

DGK sədrinin müavini Şahin Bağırov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan və İran sutkalıq gömrük rejiminə keçəcək

"Komitə sədri Aydın Əliyev postlara bu məsələnin xüsusilə diqqətdə saxlanılması barədə göstəriş verib. Odur ki, bir neçə gündür Rusiyadan Azərbaycana gələn bütün nəqliyyat vasitələri postun girəcəyində dezinfeksiya edilir, avtomobillərin təkər və şin hissələri xüsusi məhlulla yuyulur və ölkəyə buraxılır", —deyə DGK-dan bildirilib.

Komitədən verilən məlumata görə, ölkəyə gələn sərnişinlər üçün piyada keçid xəttində dezo baryer qoyulub: "Sərnişinlər bu baryerdən keçəndən sonra posta daxil olur. Postda quraşdırılan termovizion isə çıxardığı cingiltili səslə yüksək hərarəti olan insanları müəyyən etməyə yardım göstərir".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov isə APA-ya deyib ki, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır. Onun sözlərinə görə, ADY QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür.

"Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır", —deyə N. Əzməmmədov vurğulayıb.

Onun sözlərinə görə, yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib: "Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti nəzarətdə saxlanılır".

Граница - Sputnik Azərbaycan
Astara və Biləsuvar sərhəd məntəqələri 24 saatlıq iş rejiminə keçir
Xaricə gedib-gələn ölkə vətəndaşlarının bir qismi dövlət qurumlarının "donuz qripi"nə qarşı nəzarətin gücləndirildiyi barədə açıqlamaları ilə razılaşsalar da, bir qismi razılaşmır. İki gün əvvəl Türkiyədən, avtobusla Gürcüstandan keçməklə ölkəmizə gələn sərnişin Anar Oruclu Sputnik-ə bildirib ki, Gürcüstanla sərhəddə onları heç kəs yoxlamayıb, heç bir sorğu keçirilməyib və onlardan hansısa aparatdan keçmək tələb olunmayıb.

Eyni fikri Dağıstan gömrük postundan ölkəmizə daxil olan Elman Əliyev də deyib. O, bildirib ki, avtomobillər xüsusi karantin qoyulmuş ərazidən keçsə də, sərnişinlərin sağlamlığı yoxlanılmır.

"Mən özüm sərhəddi keçəndə qrip idim. Amma heç kəs maraqlanmadı ki, "donuz qripi" tutmuşam, ya adi qrip", E. Əliyev söylədi.

İranın Astara sərhəd-keçid məntəqəsindən ölkəmizə daxil olmuş Lənkəran sakini Vidadi İbadovun sözlərinə görə, sərnişinlərin donuz qripi ilə əlaqədar olaraq yoxlanılması halı ilə qarşılaşmayıb: "Ola bilsin ki, maşınları yoxlayırlar, dezinfeksiya edirlər. Amma sərnişinlərin yoxlanmasını müşahidə etməmişəm".

İranın Biləsuvar sərhəd-keçid məntəqəsindən ötən gün ölkəmizə daxil olmuş Yardımlı rayon sakinləri isə Sputnik-ə bildiriblər ki, sərhəddə xüsusi aparat quraşdırılıb. Hamı o aparatın altından keçirilir.

Xəbər lenti
0