Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əhalinin banklardakı əmanətləri ciddi təhlükə altındadır

© azadliq.orgАкрам Гасанов
Акрам Гасанов - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: Mərkəzi Bankın banklara növbəti güzəşti bank sisteminin ölümcül vəziyyətindən xəbər verir.

BAKI, 7 yan-Sputnik. Bankların ehtiyatları yenə azalır, əmanətlər ciddi təhlükədədir. Mərkəzi Bankın banklara növbəti güzəşti bank sisteminin ölümcül vəziyyətindən xəbər verir.

Bu fikirləri bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov öz facebook səhifəsində paylaşıb.

6 yanvarda Mərkəzi Bankın "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na dəyişikliklərin qüvvəyə mindiyini xatırladan ekspert bildirib ki, dəyişikliklərə əsasən bundan sonra banklar verdiyi kreditlər üzrə daha az ehtiyat yaradacaq. Belə ki, bundan sonra qeyri-qənaətbəxş kreditlər (yəni ödənişi 180 günədək gecikdirilən) üzrə 30% əvəzinə 25%, təhlükəli kreditlər (yəni ödənişi 270 günədək gecikdirilən) üzrə 60% əvəzinə 50% ehtiyat yaradılacaq. Məsələn, tutaq ki, bank cəmi 300 mln. manat kredit verib. Onun 100 mln. manatının qaytarılması 180 günədək, 100 mln. manatının qaytarılması isə 270 günədək borclular tərəfindən gecikdirilir. İndiyədək bank bu halda 90 mln. (30+60) manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 75 mln. (25+50) manat ehtiyat yaradacaq.

Pul - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan əhalisinin banklarda 7,2 milyard manat əmanəti var

"Onu da xatırladım ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən Qaydalara artıq iki dəfə (ötən ilin 7 mart və 9 oktyabr tarixlərində) dəyişiklik etmişdi. Həmin dəyişikliklər də banklara kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı yaratmışdı. Görünən odur ki, həmin tədbirlər kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 2015-ci ilin nəticələri üzrə hesabatları (bu günlərdə açıqlanmalı olan!) əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. İndi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının nisbətən qənəatbəxş olduğunu nümayiş etməyə çalışacaqlar." — deyə ekspert bilirib.

Ə.Həsənovun fikrincə, Mərkəzi Bank bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin: "Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun! Onu da unutmayın ki, bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, bir neçə bank tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur. Həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyanın ikinci dalğasından sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur…"

Xəbər lenti
0