BAKI, 21 yan — Sputnik. Beynəlxalq Cüdo Federasiyası (BCF) yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Sputnik Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvar ayına olan siyahıda Azərbaycan yığmasının liderləri uğurlu yerlərdə qərarlaşıblar.
Ən güclülər arasında Elmar Qasımov (100kq) və Rüstəm Orucov (73 kq) siyahıda bütün rəqiblərini üstələyərək liderdirlər. Orxan Səfərov (60 kq) 4-cü, Nicat Şıxəlizadə (66 kq) isə 10-cu yerdədir.
Millimizin digər üzvlərindən olan İlqar Müşkiyev (60 kq) 20-ci, Tərlan Kərimov (66 kq) 43-cü, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) 20-ci, Uşqanqi Kokauri (+100) 39-cu, Ayşə Qurbanlı (48 kq) 56-cı və Kifayət Qasımova (57 kq) 55-ci pillədədir.
Xatırladaq ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.