Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Rusiya ABŞ-a qarşı mübarizədə ən yaxın tərəfdaşını itirə bilər"

© Sputnik / Murad OrujovAzər Rəşidoğlu, politoloq
Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Qərb-İran razılaşması qlobal səviyyədə siyasi proseslərə təsir etmək gücündədir. ABŞ danışıqlarda faktiki olaraq İrana güzəştə getdi. Bu razılaşma bölgə güclərinin, o cümlədən Moskvanın da maraqlarına cavab vermir"

BAKI, 21 yan — Sputnik. Qərblə İran arasında tarixi razılaşma əldə olundu və Tehrana qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırıldı. Bundan sonar bölgədə yaşanacaq proseslər, dəngələrin dəyişib-dəyişməyəcəyi ilə bağlı gözləntilər və digər mövzular ətrafında Sputnik-in suallarını politoloq Azər Rəşidoğlu cavablandırır:

Tehran - Sputnik Azərbaycan
İran sanksiyalardan sonra: nələr olacaq?

- Azər bəy, İran üzərindən sanksiyaların götürülməsi bölgəmizdə qüvvələr balansına necə təsir edəcək?

— Qərblə İran arasında əldə olunan razılaşma qlobal səviyyədə siyasi proseslərə təsir etmək gücündədir. ABŞ danışıqlarda faktiki olaraq İrana güzəştə getdi. Bu razılaşma bölgə güclərinin, o cümlədən Moskvanın da maraqlarına cavab vermir. Rusiya Vaşinqtona qarşı mübarizədə ən yaxın tərəfdaşını itirə bilər. İlk baxışdan görünən budur ki, İran da Qərblə münasibətini yumşalda və Vaşinqton — Moskva savaşında Ağ evin maraqlarına xidmət edə bilər. Praqmatik maraqlar İranı yeni strategiya fikirləşməyə vadar edir.

Ahmet Kasım - Sputnik Azərbaycan
TƏHLİL
"Sanksiyaların qalxması İranı bölgədə daha da aqressivləşdirəcək"

İran-Qərb razılaşması region ölkələrinin, o cümlədən də İsrailin maraqlarına ziddir. Tehran və Vaşinqton anlaşması reallaşarsa, İsrail bundan sonra öz siyasətində korrektələr etməli olacaq. Lakin sirr deyil ki, İsrail Yaxın Şərqdə əsas fiqura çevrilmək istəyir. İranın mövqelərinin güclənməsi İsrailin bu maraqlarına zərbə vurur. ABŞ isə İranla müharibə vəziyyətindən çıxmaq, nüvə silahı yaradılması ilə bağlı şübhələri aradan qaldırmaq haqqı verən razılaşmanı imzalamaqla, müəyyən qədər regionda əlverişli diplomatik şəraitin yaranmasına çalışır.

- Bu tarixi hadisənin ardınca nələrin şahidi ola bilərik və Azərbaycanın reaksiyası necə olmalıdır?

— Yaxın zamanlarda ABŞ Suriya münaqişəsinin Rusiyanın iştirakı olmadan həll olunmasına çalışacaq. İran ətrafında baş verənlər region dövlətlərinin hamısına təsir etmək gücündədir. Bu baxımdan, Azərbaycan öz maraqlarına uyğun addımlar atmalıdır. Bakı Tehranın Qərblə razılaşmasına açıq şəkildə etiraz edə bilməz. Unutmaq olmaz ki, əgər ABŞ öz forpostu olan İsrailin maraqlarını nəzərə almırsa, Azərbaycan adıçəkilən maraqlara qarşı çıxa bilməz.

Франк-Вальтер Штайнмайер. Архивное фото - Sputnik Azərbaycan
"İran qonşulara münasibətdə fikir ayrılığını aradan qaldırmalıdır"

- Tehranla regiondakı hərbi-siyasi çəkisi təxminən eyni olan Ankara bu prosesi necə qarşılayır və bundan sonar Türkiyənin Qərb üçün əhəmiyyəti azalacaqmı?

— Türkiyə NATO üzvü kimi bölgədə Qərbin əsas tərəfdaşıdır. Lakin Ankaranın planında Yaxın Şərqdə möhkəmlənmək və əsas oyunçuya çevrilmək məqsədi dayanır. Bu baxımdan, Türkiyə İranın nüfuzunun artmasına rəğbətlə yanaşa bilməz. Ehtimal edə bilərik ki, Ankara bu razılaşmanın reallaşmaması üçün əlindən gələni edəcək. Bu məsələdə Ankara, Moskva, Tel-Avivin maraqları üst-üstə düşür. Səudiyyə Ərəbistanı, Qatar və digər ərəb ölkələri də şiə İranın ABŞ-ın müttəfiqinə çevrilmə ehtimalına xoş yanaşmırlar. Əslində, mollakratiyanın Vaşinqtonun müttəfiqinə çevrilməsi nəticəsində Yaxın Şərqdə qüvvələr nisbəti dəyişə bilər. Məhz bu səbəbdən Tehran — Qərb anlaşmasına skeptik yanaşılır.

- Ümumiyyətlə, İran bu anlaşmaya nə dərəcədə sadiq qalacaq və anlaşma yenidən pozularsa, nə baş verəcək?

Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
"Azərbaycan Səudiyyə-İran gərginliyində neytral qalmalıdır"

— İran — ABŞ münasibətlərinin bundan daha irəli gedəcəyi hər iki tərəf üçün mümkünsüzdür. Ən azı ona gör ki, ABŞ faktiki olaraq Yaxın Şərqdə hegemonluğa çalışan İrana qarşı əks cəbhədə dayanır və Vaşinqtonun regiondakı müttəfiqləri faktiki olaraq, İranın əsas rəqibləridir. Hazırkı şəraitdə İranın bölgədə daha da güclənərək mövqelərini möhkəmlətməsinə ABŞ-ın razılıq verməsi mümkün deyil. Digər tərəfdən, İranın ABŞ-la daha sıx əməkdaşlığa getməsi də real görünmür.

Çünki bu halda ya İran regiondakı iddialarından əl çəkməli, ya da ABŞ bölgədəki müttəfiqlərindən imtina edib İranla yaxınlaşmalıdır. Belə gedişat Birləşmiş Ştatların maraqlarına cavab vermir. Bu baxımdan, ehtimal etmək olar ki, sözügedən razılaşma uzun müddət davam etməyəcək və ya yalnız nüvə silahı məsələsi ilə yekunlaşacaq. İran siyasi elitasının mühafizakar hissəsi də ABŞ-la razılaşmaya rəğbətlə yanaşmır.

Xəbər lenti
0