İran sanksiyalardan sonra: nələr olacaq?

© Flickr / Franx'Tehran
Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə hesab edir ki, bu sanksiyaların aradan qaldırılması Azərbaycan üçün də xeyrlidir

İran sanksiyalardan sonra: nələr olacaq?
Yanvarın 16-da BMT-nin nüvə agentliyi elan edib ki, Tehran iyulda imzalanmış razılaşmanın öhdəliklərinə əməl edib və sanksiyalara son verilib. Bununla da Avropa Birliyi İrana bütün iqtisadi və maliyyə sanksiyalarının qaldırıldığını elan edib. Vaşinqton da öz növbəsində İrana qarşı bank, poladtökmə, gəmiçilik və digər sahələrdə sanksiyaları rəsmən ləğv edib. İran həmçinin beş amerikalını azad edib. Onların içində “Washington Post”un müxbiri Jason Rezaian da var.

Qərbin İran üzərindən bir sıra sanksiyaları götürməsi dünyanın iqtisadi və siyasi həyatında çox ciddi gəlişmələrə səbəb olub. İllərdən bəri davam edən İran-Qərb qarşıdurmasının geridə qalması, qlobal böhran şəraitində Tehrana qarşı beynəlxalq sanksiyaların qaldırılması əksər ölkələr tərəfindən, o cümlədən İrandan alqışlarla qarşılanıb.

İran üzərindən sanksiyaların qaldırılması ilə bağlı suallarımızı politoloq İlqar Vəlizadə  cavablandırıb.

-İlqar müəllim, Qərb Tehrana qarşı sanksiyaları götürdü, bəzi ekspertlərin fikirncə, müttəfiqlər rəqibə, rəqiblər isə müttəfiqə çevrilirir. Bu haqda siz necə düşünürsüz? Doğurdanmı belə ehtimallar var?

— Yox, belə deyil. Rəqiblər müttəfiqə çevrilmir və yaxud da əksinə oyun qaydaları dəyişdirilir. İran bəzi məsələlərdə Qərb üçün tərəfdaş ölkəyə çevrilir. Əlbəttə, müttəfiq olmur rəqib olaraq qalır. Çünki, onların fikirləri yaxud regional siyasətdə dəsti-xətti seçilir və fərqlənir. Onların müxtəlif mövqeləri və müxtəlif hədəfləri var. Bu hədəflər qaldıqca mövqelərdə kifayət qədər prinsipial dəyişiklik olmayacaq. Qərbdə, İran da biri-birinə tərəfdaş gözü ilə baxacaq. Bu tərəfdaşlıq onlara bəzi sahələrdə öz maraqlarını daha dolğun həyata keçirməyə və prossesləri minumuma endirməyə imkan verəcək.

-Sanksiyaların aradan qaldırılmasından sonra İranın regionun digər gücləri ilə gələcək münasibətləri necə inkişaf edəcək?

— Sanksiyaların aradan qaldırılması İrana ilk növbədə regionda Amerika ilə sıx münasibətlərdə olan ölkələr ilə daha səmərəli əməkdaşlıq etməyə imkan verir. Bu ölkələr arasında Pakistan, Türkiyə və hətta Hindistanı da qeyd etmək olar ki, onlar həm ABŞ və Qərblə kifayət qədər sıx əməkdaşlıq edirlər, onların regionda partniyorları sayılırlar, həm də ki, İran qonşu ölkə kimi onlar üçün böyük maraq kəsb edir. Xüsusi olaraq enerji sahəsində əməkdaşlıqda maraqlıdırlar. Sanksiyaların götürülməsi İran iqtisadiyyatının regional iqtisadi sistemlərə daha sürətli inteqrasiya olunmasına imkan yaradacaq.

-İranın neft bazarına yenidən daxil olmasının Rusiya-İran münasibətlərinə nə kimi təsirləri ola bilər?

— Rusiya iri neft ixracatçısıdır. İri neft ixracatçısı olaraq İrana rəqib gözüylə baxır. Belə bir vəziyyət əlbəttə ki, Rusiyanın enerji şirkətləri üçün yaxşı şeylər vəd etmir. Amma, eyni zamanda Rusiya ilə İran arasında müəyyən dərəcədə əməkdaşlıq da var. Çox güman ki, həm Rusiya tərəfi, həm də İran tərəfi müəyyən addımları koordinasiya edəcəklər ki, buda fövqəl vəziyyətin yaranmasının qarşısını ala bilərlər.

-İranla-Qərb arasında münasibətlərin normallaşdırılmasının Azərbaycan-İran münasibətlərinə təsiri haqqında nə deyə bilərsiz?

— Azərbaycan İranla həmsərhəd ölkədir. Eyni zamanda İranla kifayət qədər çoxşaxəli münasibətlərimiz olduğundan bu sanksiyaların aradan qaldırılması Azərbaycan üçün də xeyrlidir. İranın tək enerji sahəsində yox, nəqliyyat və başqa sahələrdə digər ölkələrlə əməkdaşlığının inkişafı imkan verəcək ki, Azərbaycan İran vasitəsi ilə bu ölkələr ilə nəqliyyat  proyektlərini intensiv olaraq həyata keçirsin. Azərbaycan-Rusiya-İran arasında nəqliyyat sahəsində iri miqyaslı lahiyə həyata keçirilir. İranın üzərindən sanksiyaların götürülməsi bu lahiyənin həyata keçirilməsinə kifayət qədər böyük imkanlar yaradır. Azərbaycan bu lahiyəni həyata keçirməklə regional iqtisadi inteqral sxemlərinə daha sürətlə qoşulma imkanı əldə edəcək. Bu isə bizim tranzit potensialımız əsaslı dərəcədə arta bilər.

Xəbər lenti
0