Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycana gəlib, orada film çəkmək istərdim..."

© Facebook/ Ali SharifiRejissor Əli Şərifi
Rejissor Əli Şərifi - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Şərifi: "İran kinosunun dirçəlişi prosesi inqilabdan əvvəl - 1964-65-ci illərdən başlayıb. Azərbaycan da bu sahə öz işini bilən peşəkarlara tapşırılsa, gələcəkdə böyük uğurların şahidi olacağıq"

BAKI, 21 yan — Sputnik. Müsahibimiz İranda, həmçinin bölgənin kino cameəsində kifayət qədər tanınan bir şəxsdir. Onun rejissoru oldğu bir sıra filmlər mövzusunun aktuallığına və peşəkarlıq səviyyəsinə görə, həm mütəxəssislər, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, "Torənc", "Özləmə", "Külək istədiyi yerə əsər", "Allah bizi bağışlamayacaq" kimi filmlərin rejissoru Əli Şərifinin Sputnik-ə müsahibəsini təqdim edirik:

- Əli bəy, İranda Sizi yaxşı tanıyırlar. Amma Azərbaycan oxucusu Sizinlə bağlı o qədər də məlumatlı deyil. Söhbətimizə özünüzdən başlayaq bəlkə…?

— 1980-ci il fevralın 22-də Təbrizdə doğlmuşam. Təbriz Azad Universitetində qrafika sahəsi üzrə, sonra isə Tehranın Mədəniyyət və Sənət Universitetində Kino rejissorluğu sahəsi üzrə təhsil almışam. Ayrıca, İYCS kollecində İranın Mədəniyyət Nazirliyinin dəstəyi ilə kino sahəsi ilə bağlı təlim almışam. Orada Məcid Məcidi Müctaba rai, Məhəmməd Davudi kimi müəlimlərdən də çox məlumatlar aldım və elə o vaxtdan kino işinə başladım. Universitetimi bitirəndən sonra da elə həmin kino işində çalışıram, üstəlik bəzi sənət mədrəsələrində də müəllimlik edirəm.

Pərviz Məmmədrzayev, aktyor - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı

- Cənubi Azərbaycanda film sənəti son zamanlar inkişaf edir. Hətta beynəlxalq mükafatlar da qazanır. Bunun "sirrlərini" bizə də açarsınızmı?

— Tək Cənubi Azərbaycanda yox, İranın bütün bölgələrində bu proses gedir. Bu da bir-iki ildə baş verməyib. 100 ildən çox bu sahədə işləyənlər olub, təcrübə qazananlar olub. Oxuyub, öyrənib, qorxmadan təcrübə əldə etməyə çalışıb. Əlbəttə, onların arxasında bu sahəyə dəyər verən dövlət də var. Əslində, İran kinosunun dirçəlməsi inqilabdan əvvəl — 1964-65-ci illərdən qaynaqlanır. O zaman Mehrcui və Kimiyai kimi insanlar bu sahənin inkişafına dəstək veriblər.

- Azərbaycan filmlərinə baxırsınız? Son zamanlar bizdə də yeni filmlər, seriallar çəkilir. Onları necə qiymətləndirirsiniz?

— Bu, sevindirici haldır. Ayrıca, Azərbaycan Yaxın Şərqdə və İslam dünyasında ilk kinonun yarandığı ölkədir. Azərbaycan kinosu ilə uşaq olanda Təbrizdə, Məşədi İbad adı ilə tanınan "O olmasın, bu olsun" və "Arşın mal alan" filmləri vasitəsilə tanış olmuşam. İstiqlal dönəmindən sonra və əlbəttə yaxın zamanlarda çəkilən filmləri də izləmişəm. Doğrudur, sovet dönəmində çoxlu fasilə verilib, amma son 3 ildə çəkilən filmlərə baxanda və yeni nəsil rejissorları görəndə yenidən bu ümid güclənir ki, Azərbaycan kinosu öz yerini tapacaq gələcəkdə.

Amma burada bir məsələ də var. Bu gün çəkilən filməri rəflərdə deyil, bəlkə kinoteatrlarda görmək olsaydı, özəlliklə xarici ölkələrdə, məncə bu, daha çox fayda gətirərdi. Məncə, bu məsələ nəzərə alınmalıdır.

- Hazırki Azərbaycan rejissorlarından kimi tanıyırsınız və onlarla işbirliyiniz olubmu? Və gələcəkdə hansısa əməkdaşlıqlarınız gözlənilirmi?

— İlqar Safat, Amir Kərimoğlu, Elçin Musaoğlu kimi rejissorların filmlərini görmüşəm. O cümlədən Elməddin Əliyev, Xəyyam Abdullayev, Fariz Əhmədov və s. kimi dostlarım var. Kino sahəsinin digər peşəkar prodüser və ssenaristləri ilə də əlaqələrimiz var. Ola bilər ki, gələcəkdə işbirliyi də olsun, çünki bir-iki ssenari də istəyiblər ki, gələcəkdə bəlkə çəkilə.

- Azərbaycan filminin gələcəyindən nə kimi gözləntiləriniz var?

— Uğur gözləmək olar. Azərbaycan mənim üçün xarici ölkə sayılmır, baxmayaraq ki, viza rejimi var, amma oranı da özümə doğma bilirəm və əlbəttə ki, oranın hər sahədə uğur qazanması bizlərə baş ucalığıdır. Özəlliklə mədəniyyət və incənət sahəsində. Əgər orada rəhbərlər bu sahəni yaxşı idarə edə bilsələr və bu sahəni öz işini bilən peşəkarlara tapşırsalar, böyük uğurların şahidi olacağıq.

- Gələcəkdə Azərbaycana gəlib, burada film çəkmək fikriniz var?

— Təbii ki, istəyərəm. Fikir həmişə var, amma məsələ burdadır ki, ona şərait yaranmalıdır. Əlbəttə ki, çox istərəm bu iş olsun. Müştərək mövzularımız var ki, onları dünyaya tanıtdırmaq üçün yeganə yol media və kinodur.

- Təbriz haqqında sənədli film çəkəcəksiniz. Nədən bəhs edəcək o film?

— Təbriz haqqında BBC-dən tutmuş, yerli televiziya kanalları, hətta həvəskar rejjissorlar belə, müxtəlif filmlər çəkiblər. Bu dəfə fərqli yanaşma ortaya qoymaq istəyirəm. Təbriz bir ana şəhər olaraq götürüləcək. Bu şəhərin mədəniyyəti və sənətkarlarının başqa böyük şəhərlərin qurulmasına necə yardım ediblər, ona toxunulacaq. Onun İstanbul, Qahirə, Sarayeva, Sofia, Tehran, Məşhəd, İsfahan, Daşkənd kimi şəhərlərə təsirindən bəhs ediləcək. Oların hamısı, demək olar ki, Təbriz sənətkarlarından faydalanıb özlərinə iş qurublar.

Bundan əlavə, filmdə 1915-ci ildə Güney Azərbaycanda yaşanan olaylar əksini tapacaq. Erməni, assuri və kürdlərin əli ilə Urmiya, Səlmas, Xoy şəhərlərində törədilən vəhşiliklər, bu prosesin Rusiya, Fransa və Britaniya tərəfindən dəstəklənməsi, "Böyük Ermənistan" dövləti yaratmaq niyyəti ilə 150 min nəfərin qətlə yetirilməsi və sürgün edilməsi də həmin filmdə yer alacaq.

Xəbər lenti
0