BAKI, 20 yan — Sputnik. İngiltərənin iş, yenilik və ticarət naziri Sajid Javid Türkiyənin baş naziri Əhməd Davudoğludan üzr istəyib.
Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, buna səbəb Davudoğlunun İngiltərə baş naziri Devid Kameron ilə Londonda keçirdiyi görüş zamanı PKK tərəfdarları tərəfindən təşkil edilən aksiya olub.
"Baş verənlərə görə ölkəm adından üzr istəyirəm. Bu, qəbul edilməz haldır", —deyə nazir bildirib.
Xarici İşlər naziri Filip Hammond da türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng vuraraq hadisəyə görə duyduqları narahatlığı dilə gətirib.
Türkiyə mətbuatına görə, Hammond Mövlud Çavuşoğluna hər cür tədbirin görüldüyünü, buna baxmayaraq aksiyanın keçirilməsinə mane ola bilmədiklərini ifadə edib.