"Türkiyə və Britaniyasız Avropanın taleyi yazıla bilməz"

Əhməd Davudoğlu
Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Davudoğlu: "İstanbul tarixdə İpək yolu, London isə sənaye inqilabı ilə yadda qalıb. Bu gün ölkələrimizin 16-17 milyard dollar arası ticarət həcmi var və bir neçə il ərzində 20 milyarda çatması üçün səy göstəririk"

BAKI, 19 yan — Sputnik. "Avropanın taleyi İngiltərə və Türkiyəsiz yazıla bilməz. Biri qitənin qərbində, digəri isə şərqində yerləşən iki mühüm dövlətdir".

Sputnik NTV-yə istinadən xəbər verir ki, bunu Londonda təşkil edilən ingilis-türk iş adamları toplantısında çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. O, ölkəsi ilə Britaniyanın Avropa üçün açar rolu oynadığını bildirib.

"Həm tarixi keçmişi, həm də coğrafiyası yaxın olan Türkiyə və İngiltərə bir-birini tamamlayır. Hər iki dövlət də 2015-ci ildə parlament seçkisinə gedərək, 4 illik tək hakimiyyət və sabitlik qazandı. Bu uğur Türkiyə və Britaniya münasibətlərində yeni perspektivin başlanğıcı ola bilər", —deyə nazir qeyd edib.

London və İstanbulun tarix boyu ticarət və iqtisadiyyat mərkəzləri olduğuna işarə edən Davudoğlu, "İstanbul İpək yolu, London isə sənaye inqilabı ilə yadda qalıb. Bu gün ölkələrimizin 16-17 milyard dollar arası ticarət həcmi var və bir neçə il ərzində 20 milyarda çatması üçün səy göstəririk", deyib.

Şimalı Kipr məsələsinə də toxunan Davudoğlu qeyd edib: "Adada əldə olunacaq sülh müqaviləsi Türkiyənin Avropa İttifaqının üzvü olmasını asanlaşdıracaq və Avropanın böyük qazanclar əldə etməsinə səbəb olacaq".

Xəbər lenti
0