CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizliyə görə müavinətin məbləği artırılacaq

© mlsppƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Sputnik Azərbaycan
Abunə olmaq
Səlim Müslümov: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub"

BAKI, 20 yan — Sputnik. "Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq". Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Bahar Muradova - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vitse-spiker hökumətdən işsizliklə bağlı izahat istədi

S.Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər: "Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin "Məcburi sosial sığorta haqqında" qanunu var. Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub".

Onun sözlərinə görə, nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var: "Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir".

Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib: "Bu məbləğ niyə aşağı görünür? Çünki, xeyli insanlar var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinət verilib. Bu gün bu, 55 manatla ölçülür. Cənab Prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40% artırıla bilər".

Xəbər lenti
0