Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vitse-spiker hökumətdən işsizliklə bağlı izahat istədi

© day.azBahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Muradova parlamentdə 2016-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı ölkənin maliyyə və iqtisadi strukturlarından problemli kreditlər və sahibakrlıq subyektlərinin bağlanması nəticəsində işsizliyin artması məsələsinə aydınlıq gətirməyi vacib saydı.

BAKI, 14 okt — Sputnik. Vitse-spiker hökumətdən problemi kreditlər və kiçik və orta sahibkarlığa olan diqqətsizlik nəticəsində bağlanan iş yerləri ilə bağlı məsələyə aydınlıq gətirilməsini istədi.

Sputnik xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə 2016-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı ölkənin maliyyə və iqtisadi strukturlarından problemli kreditlər və sahibkarlıq subyektlərinin bağlanması nəticəsində işsizliyin artması məsələsinə aydınlıq gətirməyi vacib saydı: “İstəyirəm ki, maliyyə və iqtisadi qurumların rəhbərləri bu məsələlərə aydınlıq gətirsinlər. Düzdür iri həcmli, milyonlarla götürülən problemli kreditlərlə bağlı məsələni onların öhdəsinə buraxıram və bununla bağlı hansı cavab verilsə, o cavab bizi qane edəcək. Ancaq kiçik və orta sahibkarlıqla bağlı məsələ ciddidir. Ölkə başçısı da kiçik və orta sahibkarlığı iqtisadiyyatın inkişafında prioritet məsələlərdən biri kimi dəyərləndirir. Çünki orta təbəqə mövcud olmadan biz nə milyonları qazana bilərik, nə də qazanılan milyonları artıra bilərik. Ona görə də regionların sosial-iqtisadi fəaliyyətinin inkişaf etdirlməsi proqramı çərçivəsində bölgələrdə xeyli sayda subyektlər açılıb və onların fəaliyyət göstərməsi üçün milyonlarla kreditlər ayrılıb. İnsanlar sevinə-sevinə bu açılan iş yerlərində çalışmağa başlayıblar. Ancaq bir neçə aydan sonra bu açılan obyektlər bir birinin ardınca bağlanmağa başlayıb. Düzdür, bu müəssisələrin bağlanmasını dünyada yaranmış iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası ilə əlaqələndirirlər. Bu arqumentlər bir çoxları üçün yetərli olsa da, onları heç də hamıya şamil etmək olmaz.”

Muradova bildirdi ki, kiçik və orta sahibkarlığın inkişafı prioritet sahə olduğundan yaranmış vəziyyət diqqətlə analiz edilməli və vəziyyətdən çıxış yolu tapılmalıdır:

“Bunun üçün hesab edirəm ki, ilk olaraq hökumət yeni layihələri maliyyələşdirmək və ya yeni subyektlərə kredit ayırmaqdansa bağlanmış obyektlərin bağlanma səbəblərini təhlil etsə, buraxılan səhvləri araşdırsa, onların yenidən fəaliyyətə başlanmasına çalışsa və işini itirən şəxslərin iş yerlərinə bərpası istiqamətdə işlər görsə daha yaxşı olar.”

Xəbər lenti
0