Problemin birdəfəlik həlli özəlləşdirilmədən keçir, lakin...

© Sputnik / Murad OrujovВид на кабмин и Flame Towers
Вид на кабмин и Flame Towers - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert: “Azərbaycanda özəlləşdirilməsi vacib olan bir çox müəssisə və sahələr var. Əslində, bu məsələyə çoxdan baxılmalı idi”

Problemin birdəfəlik həlli özəlləşdirilmədən keçir, lakin...
BAKI, 19 yan — Sputnik. “Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıb. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir”.  

Bunu yanvarın 18-də prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bildirib. Dövlət başçısı onu da xüsusi vurğulayıb ki, bu proqram beynəlxalq ekspertlərin cəlb olunması ilə tam şəffaf formada həyata keçirilməlidir.

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Pərviz Heydərov - iqtisadçı-ekspert

Mövzunu Sputnik-ə şərh edən iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycanda özəlləşdirilmə məsələsi çoxdan baxılmalı idi. O bildirib ki, böhranlı vəziyyətlərdə özəlləşdirilmə əsas çıxış yollarından biri hesab olunur.Belə ki, bu, həm müvafiq sahənin real vəziyyətdən – maliyyə çətinliklərindən çıxması üçün, həm də bilavasitə dövlət büdcəsinə müvafiq vəsaitin cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Azərbaycanda özəlləşdirilməsi vacib olan bir çox müəssisə və sahələr var. Əslində, bu məsələyə çoxdan baxılmalı idi”, —deyə ekspert vurğulayıb.

Ekspert eləcə də qeyd edib ki, özəlləşdirilmə proqramı daxili ödəmələr zamanı yaranan problemlərə son qoya bilər: “Mən, daxili borcların olmasını, ödəmələr problemini qeyd etmək istərdim. Misal üçün, keçən il “Azərenerji”nin SOCAR-ın tərkibində olan “Azəriqaz”a təxminən yarım milyard manat borcu var idi. Bu cür sahələr üzrə borc vəsaitlərinin yığılıb qalması sonradan dövlətin özü üçün əlavə bir yükə çevrilir. Belə sahələrdə problemi birdəfəlik həll etməyin yolu özəlləşdirilmədən keçir. Əhaliyə kommunal xidmət sahələrində də hesab edirəm ki, özəlləşdirilmə olduqca vacibdir”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Prezident yanında müşavirə keçirildi

Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi bildirib. Xatırladaq ki, neft gəlirlərinin kəskin azalması ilə iqtisadiyyatı böhran mərhələsinə düşən Qazaxıstan da oxşar addımlar atmaq üçün hərəkətə keçib. Amma bir çox ekspertlərin fikrincə, ölkəyə xarici investisiyanı cəlb etmək üçün yalnız inzibati çağırışlar kifayytə deyil və məhkəmə-hüquq sistemini də əhətə edən təxirəsalmaz islahatlar həyata keçirilməlidir. 

Xəbər lenti
0