Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tehran Qərblə anlaşdı: Azərbaycanın vəziyyəti necə olacaq?

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "İran dünya bazarına çıxardığı nefti "Dempinq" siyasəti ilə sata bilər. Yəni öz məhsulunu bazar qiymətindən aşağı təklif etməklə yeni müştərilər tapmağa çalışacaq. Bu da digər neft ixracatçıları üçün arzuolunmazdır"

BAKI, 18 yan — Sputnik. "İrana qarşı sanksiyaların aradan qaldırılması ilə birlikdə, bu ölkənin dünya bazarına neft ixracına başlaması neft istehsalçısı ölkələrə mənfi təsir göstərəcək".

Avropa İttifaqı - Sputnik Azərbaycan
Aİ-nin İrana qarşı sanksiyaların ləğvinə dair qərarı rəsmi qüvvəyə minib

Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, öz fikrini neft bazarındakı qeyri-sabitliklə əsaslandırıb.

"Onsuz da neft qiymətləri sabit deyil və günbəgün ucuzlaşır. Nəzərə alaq ki, İran böyük neft istehsalçısıdır və hər gün dünya bazarına 3-4 milyon barel neft çıxara bilər. Bu da qiymətləri daha da aşağı salacaq", —deyə ekspert bildirib.

Q. Hüseynlinin ehtiyat etdiyi əsas məsələ isə ondan ibarətdir ki, İran dünya bazarına çıxardığı nefti "Dempinq" siyasəti ilə sata bilər: "Yəni öz neft məhsulunu bazar qiymətindən aşağı təklif etməklə yeni müştərilər tapmağa çalışacaq. Dediyim kimi, bu da qara qızılın qiymətini daha da ucuzlaşdıracaq".

Azərbaycan XİN - Sputnik Azərbaycan
SİYASƏT
"İran - "altılıq" anlaşmasını alqışlayırıq"

Politoloq İranın dünya bazarına neft ixrac etməyə başlamasının Azərbaycana da mənfi təsiri olacağını bildirib: "Təbii ki, digər neft istehsalçısı ölkələr kimi, mövcud vəziyyət ölkəmizə də mənfi təsir göstərəcək. Artıq ixracatçı ölkələrin rəsmiləri bir araya gələrək stabil qiymətlərin formalaşması üçün planlar hazırlayırlar".

"Həmin ölkələr, o cümlədən də Azərbaycan hazırkı qiymətlərin maya dəyərinə yaxınlaşdığı barədə SOS verir", —siyasi şərhçi vurğulayıb.

Nəhəng neft istehsalçısı İrana qarşı sanksiyaların aradan qalxması ilə birlikdə, Qərbin Azərbaycanı ikinci plana atıb-atmayacağı sualını da cavablandıran Qabil Hüseynli, Qərbin tək neft və qaza görə Azərbaycanla maraqlanmadığını deyib: "Qərb alyansı Azərbaycanı tək neft və qaza görə dəyərləndirmir. Ölkəmiz həm də strateji regionda yerləşdiyi üçün onların maraq dairəsindədir. Məsələn, NATO və ABŞ-ın Əfqanıstana daşıdığı yüklərin böyük hissəsi Azərbaycan vasitəsilə həyata keçirilir".

Xəbər lenti
0