BAKI, 18 yan — Sputnik. "Rauf Mirqədirovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti vermişik və şikayətimiz artıq məhkəməyə təqdim edilib". Bunu Sputnik-ə həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. Onun sözlərinə görə,şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.