SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Administrasiya rəsmisi əhalini təlaşa düşməməyə çağırdı

© Photo : APAAzərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Məmmədov: "Bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi. Biz bu vəziyyətdən də çıxacağıq"

BAKI, 14 yan — Sputnik. "ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə də xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb".

Sputnik xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirib. Administrasiya rəsmisi İlham Əliyevin Vaşinqtonda keçiriləcək Nüvə sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməyəcəyini də əlavə edib.

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
SİYASƏT
Barak Obama İlham Əliyevi ABŞ-a dəvət etdi

Prezident İlham Əliyevlə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında keçirilən görüş haqda danışan N. Məmmədovun sözlərinə görə, görüşdə ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb: "Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib".

N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara da toxunub: "Hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin görüşündə də irəliyə doğru addım atılmadı. Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır".

Şöbə müdiri Minsk Qrupunun həmsədrlərinin fəliyyətinin yetərli olmadığına da diqqət çəkib: "ABŞ prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan "qaynar" nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb".

"Bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi. Biz bu vəziyyətdən də çıxacağıq", —deyə Administrasiya rəsmisi hazırki iqtisadi böhranla bağlı suala cavabında deyib.

O, insanların təlaşa düşməsi üçün əsas olmadığını bildirib: "Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur".

Xəbər lenti
0