"Terrora qurban gedən 5 aylıq körpənin günahı nə idi?"

Əhməd Davudoğlu
Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Baş naziri: "Terrorçuluql mübarizəmizi davam etdirərkən, eyni zamanda terrora dəstək verən qaynaqları da məhv etməkdə qərarlıyıq"

BAKI, 14 yan — Sputnik. Türkiyənin Diyarbəkir şəhərinin Çinar məhəlləsində PKK terrorçularının təşkil etdiyi bombalı hücumda 3-ü azyaşlı uşaq olmaqla, 6 nəfər dünyasını dəyişib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, ölənlərdən 2-si hüquq mühafizə orqanlarının əməkdaşıdır. Partlayış polis yataqxanalarının olduğu binanın həyətində törədilib. 6-sı polis olmaqla 39 nəfər də yaralanıb.

Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
"İstanbulda törədilən terror PKK-nın üslubu deyil"

Mənfur hücumu lənətlədiyini bildirən Baş nazir Əhməd Davudoğlu terroru insanlığın düşməni adlandırıb: "Ölənlərdən biri 5 aylıq körpədir. Sual verirəm: o körpənin günahı nə idi? Daha öncə Madriddə, Parisdə, Ankarada, Suruçda olduğu kimi, bu hücumda da gördük ki, terror insanlığa düşməndir".

"İnsan olaraq terrorun hər növünə qarşı birgə hərəkət etməliyik. Türkiyə olaraq terrorun hər növünə qarşı mübərizəmizi qətiyyətlə davam etdirəcəyik. Bir tərəfdən terrorizmlə mübarizəmizi davam etdirərkən, eyni zamanda terrora dəstək verən qaynaqları da məhv etməkdə qərarlıyıq", —Davudoğlu deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da terror hücumunu qınayaraq "bu cür xain hücumlarla Türkiyənin siyasətinə zərbə vura bilməyəcəklər" deyib.

Baş nazirin müavini Numan Kurtulmuş şəxsi Twitter səhifəsindən verdiyi açıqlamasında Diyarbəkirdə törədilmiş bombalı hücumu lənətləyib: "Xain terror aktı nəticəsində həyatını itirənlərə rəhmət yaxınlarına və millətimizə səbir diləyirəm".

Türkiyə mediasının xəbərinə görə, hücumla bağlı 2 nəfər həbs olunub. Digər tərəfdən, Mardin vilayətindəki polis bölməsinə dünən gecə saat 23:15-də bir qrup PKK-lı terrorçunun ağır silahlarla atəş açdığı bildirilib.

Xəbər lenti
0