«Əgər Azərbaycan plovu bütün yeməklərin "şahı"dırsa, dolma onun birinci və ən gözəl "zövcəsidir" — aşbazlar arasında bu fikir günümüzdə aktualdır. Dolma hər bir azərbaycanlının bayram süfrələrinin bəzəyidir.
Bakı restoranlarından birinin baş aşbazı, aşbazların beynəlxalq müsabiqəsinin qalibi Timur Şıxəliyev Sputnik-ə "dolma"nın necə hazırlanmasından danışır. Onun sözlərinə görə, "Dolma" sözü "doldurmaq" felindən əmələ gəlib ki, bu da dolmanın hazırlanması texnologiyasına aiddir, yəni üzüm yarpaqlarının içi çəkilmiş ətlə doldurulur.
"Dolma"nın bişirilməsi üçün tələb olunanlar:
Təzə üzüm yarpaqları (qışda duza qoyulmuş, yaxud konservləşdirilərək saxlanılmış üzüm yarpaqlarından da istifadə edilir)
Qoyun əti (qoyun ətini mal əti ilə qarışdırmaq da olar)
Doğranmış, yaxud ət maşınından çəkilmiş soğan
Düyü
Göyərti: keşniş, şüyüd, nanə, tərxun
Zövqə görə duz, isitot
Əvvəlcə düyünü azca qaynatmaq lazımdır. Göyrətini, soğanı xırda-xırda doğrayın. Üzüm yarpaqlarını bir qabın içinə qoyub üzərinə qaynar su tökmək və 1 saat saxlamaq lazımdır. Çəkilmiş əti, soğanı, göyərtini və azca qaynadılmış düyünü qarışdırırıq. Zövqə görə duz və istiot əlavə edirik.
Bundan sonra ən vacib proses başlayır: hər bir yarpağın arasına bir xörək qaşığı iç qoyub yarpağı rulet, yaxud kvadrat formada bükürük. Dolmaların hamısı qazana elə düzülür ki, qazanın dibi örtülsün. Dolma 45 dəqiqəyə hazır olur. Amma əvvəlcə yoxlamaq lazımdır ki, üzüm yarpaqları yumşaq olsun.
Timur Şıxəliyevin sözlərinə görə, dolmanı süfrəyə tərəvəzlərlə — pomidor, xiyar, göyərti ilə birlikdə vermək lazımdır. Üzərinə isə qatıq tökülür (qatığa istəyə uyğun olaraq sarımsaq da əlavə etmək olar). İstəyənlər dolma ilə birlikdə ayran da içə bilərlər.
Nuş olsun!