“İçərişəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “kristallaşma” dövrü başlayıb. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşıblar.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısına daxil edilib. İçərişəhər Azərbaycandan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
![İçərişəhər. Şirvanşahlar kompleksi İçərişəhər. Şirvanşahlar kompleksi - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/52/403315230_0:0:1800:1210_600x0_80_0_1_f81052344b36744af804bfecbc272170.jpg)
![İçərişəhər. Məscid İçərişəhər. Məscid - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/83/403318304_0:0:1800:1213_600x0_80_0_1_1fb7c755276678edcb0ef03375cc2b8c.jpg)
![İçərişəhərin küçəsi İçərişəhərin küçəsi - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/82/403318202_0:0:1800:1200_600x0_80_0_1_e17bd1c0dca4dd90ed2df40d183676b3.jpg)
![İçərişəhərin küçəsi İçərişəhərin küçəsi - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/81/403318119_0:0:1800:1205_600x0_80_0_1_aba778139c74a5da6546d889b2eeb19b.jpg)
![İçərişəhərdə 3D qraffiti İçərişəhərdə 3D qraffiti - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/67/403316751_0:0:1809:1200_600x0_80_0_1_4ed2792652d6bb540b2aa6c198237c30.jpg)
![İşərişəhər. Bazar meydanı İşərişəhər. Bazar meydanı - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/66/403316647_0:0:1800:1200_600x0_80_0_1_35101ffedb3b7f70b6a894e69a507e8b.jpg)
![İşərişəhər. Arxeoloji tapıntı İşərişəhər. Arxeoloji tapıntı - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/64/403316437_0:0:1802:1200_600x0_80_0_1_52b93b87c92917892ffbdb6ec44fa63f.jpg)
![İşərişəhər. Arxeoloji muzey İşərişəhər. Arxeoloji muzey - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/63/403316351_0:0:1800:1195_600x0_80_0_1_ff69d817ab9177c9a7801608fa0b9681.jpg)
![İşərişəhər. Qala divarları İşərişəhər. Qala divarları - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/54/403315419_0:0:1800:1200_600x0_80_0_1_9f28d6ac01f47282d181305aba9fd450.jpg)
![İşərişəhər. Rəssam emalatxanası İşərişəhər. Rəssam emalatxanası - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/53/403315315_0:0:1800:1203_600x0_80_0_1_7429dfabb65e60aabf3f52948522855a.jpg)
![Qız qalası Qız qalası - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40331/70/403317015_0:0:1806:1200_600x0_80_0_1_4cbcd5a4458a976276576a7cb5fe0f78.jpg)