FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakının qəlbi - İçərişəhər

Abunə olmaq

“İçərişəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub.

Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “kristallaşma” dövrü başlayıb. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşıblar.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısına daxil edilib. İçərişəhər Azərbaycandan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

© Sputnik / Murad OrujovŞirvanşahlar saray kompleksində minarə.
İçərişəhər. Şirvanşahlar kompleksi - Sputnik Azərbaycan
1/11
Şirvanşahlar saray kompleksində minarə.
© Sputnik/Мурад Оруджев17-ci əsrə aid edilən Seyid Yəhya məscidi.
İçərişəhər. Məscid - Sputnik Azərbaycan
2/11
17-ci əsrə aid edilən Seyid Yəhya məscidi.
© Sputnik / Murad OrujovQədim şəhərdə küçə.
İçərişəhərin küçəsi - Sputnik Azərbaycan
3/11
Qədim şəhərdə küçə.
© Sputnik/Мурад ОруджевBu küçədə köhnə Bakı yeni ilə bir növ qovuşur.
İçərişəhərin küçəsi - Sputnik Azərbaycan
4/11
Bu küçədə köhnə Bakı yeni ilə bir növ qovuşur.
© Sputnik/Мурад Оруджевİçərişəhərdə Qız qalasının 3D təsviri.
İçərişəhərdə 3D qraffiti - Sputnik Azərbaycan
5/11
İçərişəhərdə Qız qalasının 3D təsviri.
© Sputnik/Мурад ОруджевQız qalasının yaxınlığındakı bazar meydanı.
İşərişəhər. Bazar meydanı - Sputnik Azərbaycan
6/11
Qız qalasının yaxınlığındakı bazar meydanı.
© Sputnik/Мурад ОруджевQədim şəhərdə 11-13-cü əsrlərə aid edilən xarabalıq.
İşərişəhər. Arxeoloji tapıntı - Sputnik Azərbaycan
7/11
Qədim şəhərdə 11-13-cü əsrlərə aid edilən xarabalıq.
© Sputnik / Murad Orujovİşərişəhərdə Arxeologiya muzeyi
İşərişəhər. Arxeoloji muzey - Sputnik Azərbaycan
8/11
İşərişəhərdə Arxeologiya muzeyi
© Sputnik / Murad Orujovİçərişəhərin qala divarları, qədim şəhərə giriş.
İşərişəhər. Qala divarları - Sputnik Azərbaycan
9/11
İçərişəhərin qala divarları, qədim şəhərə giriş.
© Sputnik/Мурад Оруджевİşərişəhərin küçələrindən birində rəssam emalatxanası
İşərişəhər. Rəssam emalatxanası - Sputnik Azərbaycan
10/11
İşərişəhərin küçələrindən birində rəssam emalatxanası
© Sputnik/Мурад ОруджевQədim şəhərin və ümumiyyətlə Bakının görməli yerlərindən biri olan Qız qalası.
Qız qalası - Sputnik Azərbaycan
11/11
Qədim şəhərin və ümumiyyətlə Bakının görməli yerlərindən biri olan Qız qalası.
Xəbər lenti
0