Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Moskva Tehrana görə Ərəb dünyasını qarşısına almayacaq"

© Photo : STRZərdüşt Əlizadə - politoloq
Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Zərdüşt Əlizadə: "Şeyx ən Nimrin edam olunmasını Səudiyyə Ərəbistanına Qərb məsləhət görmüşdü. Məqsəd İranın Yaxın Şərqdə artan nüfuzunun qarşısını almaq idi"

BAKI, 12 yan — Sputnik. Tehranla Ər-Riyad arasında davam edən gərginlik İranın Yaxın Şərq, o cümlədən də müsəlman dünyasında getdikcə təklənməsinə gətirib çıxarır. Ardı-arda bir neçə ərəb və Afrika müsəlman ölkələrinin Tehranla münasibətlərini kəsməsi buna işarədir. Hazırki durumun Suriya və İraqdakı vəziyyətə, məzhəb gərginliyinə hansı formada təsir edəcəyi ciddi sual doğurur.

Bölgədə baş verənlərlə bağlı politoloq Zərdüşt Əlizadə Sputnik-in suallarını cavablandırıb:

- Səudiyyə Ərəbistanı ilə yaşanan gərginlik fonunda Tehranda bu ölkənin diplomatik korpusuna hücum sonrası ərəb ölkələri, o cümlədən də bir neçə müsəlman dövlətləri İranla münasibətləri dondurub. Sizcə günahkar tərəf kimdir?

— Səudiyyə Ərəbistanının, həmçinin də bir neçə ərəb dövlətlərinin İranla əlaqələri kəsməsi Tehranın öz günahıdır. İran hökuməti Vyana konvensiyasını kobud surətdə pozaraq, silahlıların Səudiyyə səfirliyini yandırmasına şərait yaradıb. Sözsüz ki, bu, cəzaya layiq hərəkətdir.

US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
İran Səudiyyə Ərəbistanı günahlandırır

- Bu əlaqələrin dondurulması İrana necə təsir edəcək? İran bölgədə təklənirmi?

— Əslində heç də bütün ərəb dövlətləri İranla əlaqələri kəsməyib. Söhbət hörmətli ərəb ölkələrindən gedir. Tehranla münasibətləri donduran digər ölkələrə baxsaq, görərik ki, bu, İran iqtisadiyyatına o qədər də mənfi təsir göstərməyəcək. Bəhreyn böyük nüfuz sahibi deyil, Somali ümumiyyətlə özü böhran içindədir, Sudan dünyadan təcrid olunmuş, prezidenti barəsində beynəlxalq axtarış elan edilən ölkədir. Yəni bu dövlətlərin İranla əlaqələri kəsməsi İranın təklənməsi demək deyil.

- Bəs İranla Ərəb dünyası arasında gərginliyə səbəb olan din alimi şeyx ən Nimrin edam edilməsi barədə nə düşünürsüz?

— İrana yaxınlığı ilə bilinən şeyx ən Nimrin edam olunmasını Səudiyyə Ərəbistanına Qərb məsləhət görmüşdü. Məqsəd İranın Yaxın Şərqdə artan nüfuzunun qarşısını almaq idi. Bu rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasına oxşayır. Həmin hadisə Rusiyanın Qərblə müttəfiqliyə can atmasının qarşısını almışdı.

Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
"Azərbaycan Səudiyyə-İran gərginliyində neytral qalmalıdır"

- Bu gərginlik Suriyadakı iç savaşa necə təsir edəcək? Bilirsiniz ki, İran Suriyada Rusiya ilə birgə hərəkət edir. Rusiya İrana görə Ərəb dünyasını qarşısına ala bilərmi?

— İran olmasaydı belə, Rusiyanın Səudiyyə Ərəbistanı ilə münasibətləri kifayət qədər zəif idi. Düzdür, son vaxtlar onların bilavasitə görüşləri, məsləhətləşmələri, hətta ticarəti genişlənirdi. Amma Səudiyyə iri neft ixracatçısı kimi Rusiyanın bütün planlarını pozub. Neft hasilatını çoxaldaraq qiymətlərin düşməsinə təsir edir, bu da Rusiyanın xoşuna gəlmir. Həm də Bəşər Əsəd rejimini devirməkdə Səudiyyə israr edir ki, bu da Rusiyanın marağına uyğun deyil. Lakin bütün bunlara baxmayaraq, Rusiya İranın tərəfində durmamalıdır, neytral qalsa, bu özü onsuz da Tehranın yanında olması deməkdir. Çünki Rusiyanın İranla bir çox sahədə sıx əməkdaşlığı var. Bura atom enerjisi, silah alveri, Suriya və İraqda əməkdaşlığı misal çəkmək olar. Ona görə mən düşünmürəm ki, Moskva İrana görə Ərəb dünyasını qarşısına alsın.

- İran-Ərəb gərginliyinin sonu necə olacaq? Əlaqələr düzələnə oxşayır?

— Uzun müddət bu gərginlik davam edəcək. Amma zamanla hər şeyin düzələcəyini düşünürəm. Nə vaxtsa Səudiyyə Ərəbistanı ilə İranın əlaqələri əvvəlki vəziyyətinə qayıdacaq. Amma hələlik ABŞ-ın təsiri ilə Səudiyyə Ərəbistanı İrana taktiki zərbə endirə bildi.

Xəbər lenti
0