İran Səudiyyə Ərəbistanı günahlandırır

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
İranın ordu generalı, Səudiyyə Ərəbistanın “müharibə cinayətkarı” olduğunu söyləyib.

BAKI, 30 okt – Sputnik. İranın Baş qərargah rəisi Həsən Firuzabadi, Səudiyyə Ərəbistanın “müharibə cinayətkarı” olduğunu söyləyib. 

Firuzabadi, Avstriyada keçirilən “Suriyadakı vətəndaş müharibəsinə həll” toplantısına çağırılan Səudiyyə Ərəbistanına sərt reaksiya göstərib.

“Səudiyyə Ərəbistanı rejiminin Suriya ilə bağlı keçirilən konfranslara dəvət alması qanunsuz və şübhəlidir. Onlar Suriyadakı müharibədə birbaşa təqsirkardır” deyə İranın Baş Qərargah rəisi əlavə edib.

Rəsmi Tehran Suriyada vətəndaş müharibəsi başladığı gündən 360 min insanın öldürülməsində təqsirləndirilən Bəşər Əsədə dəstək verməkdə davam edir.

Xəbər lenti
0