BAKI, 11 yan — Sutnik. 2016-cı ilin yay aylarında Azərbaycanda növbəti beynəlxalq idman tədbiri — Formula 1 keçiriləcək. Bu yarışların Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı Sputnik əməkdaşı, idman sahəsində öz sözünü demiş peşəkarların münasibətini öyrənib.
Ə
Əfqan Həmzəyev — beynəlxalq dərəcəli hakim: "Formula 1 dünyada çox məşhur idman növüdür. Kütləvi azarkeş ordusuna malikdir. Bu yarış elitar yarış hesab olunur, yəni dünyanın bahalı və tanınmış brend avtomobil firmaları bir növ güc nümayiş etdirirlər.
Təbii ki, bu yarışın bizdə keçiriliməsi çox qururverici haldır. Azərbaycanın dünyada tanınması və reklamı üçün əvəzolunmaz şansdır. Çünki bu yarış dünyanın, demək olar ki, hər yerində canlı verilir. Bundan əlavə keçirilən ölkənin geniş icmalı gedir. Həm də çox rentabelli yarışıdır, yəni marketinqi doğru təşkil olunsa, çoxlu gəlir əldə edə bilərik.
Ümid edək ki, bu yarış bizə tək sevinc yox, həm də dövlət büdcəmizə gəlir də gətirəcək. Əks halda, bunun faciəvi nəticələri də bizə pis təsir edə bilər. Amma mən hökümətimizə inanıram ki, onlar məhz bütün amilləri nəzərə alıb bu yarışı keçirməyə tam hazırdırlar".
Aydın Səfərov — karate (kata) üzrə çempion: "Hər bir yarışın müsbət cəhətləri var, əsas odur ki, bu yarışlar sadə insanların həyat tərzinə maneəçilik törətməsin. Şəxsən mən hesab edirəm ki, bizim bundan daha vacib işlərimiz var.
Hazırda bu yarışla insanların yaşayış səviyyələri arasında disbalans var. Hələ bundan öncə əhalinin maaşları artmalıdır, təhsil, səhiyyə və s. sahələrdə islahatlar olmalıdır, həmçinin də kənd təsərrüfatında.
Bunlar ölkənin təməlidir, eyni zamanda gömrük sistemində. Bu islahatlardan sonra belə yarışlar keçirilə bilər. Avropalıların nəyi bizdən artıqdır ki? Bu gün üçün aktual görmürəm bu yarışı".
İlham Məhərrəmov — paraolimpiyaçı: "Belə yarışların bizə nəsə qazandıracağını düşünmürəm. Heç olmasa bu Formula 1-i Kürdəmirdə keçirsəydilər, yenə bilərdik ki, qazancımız gözəl yor örtüyü olacaq".