Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manat daha 20% dəyərini itirdi

Abunə olmaq
Vüqar Bayramov: Həftə sonunda bir sıra valutadəyişmə məntəqələri fəaliyyət göstərməyəcək və dollar qıtlığı yaranacaq.

BAKI, 8 yan-Sputnik. Dolların manata məzənnəsi 1.85-dək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, "yoxa çıxmasındadır".

Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov öz facebook hesabında qeyd edib.
Onun sözlərinə görə, banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil.

"Əslində, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə mən bununla manatın ucuzlaşmasına start verildiyini qeyd etmişdim. Bugünkü məzənnə ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi deməkdir. Üzən məzənnə rejiminə keçən manat sadəcə dəyər itirməkdədir. Reallıq bundan ibarətdir ki, Mərkəzi Bankın dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla əslində dollar ajiotajı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbini kəskin artırmalı idi və bu da baş verdi." — deyə Bayramov bildirib.

manat - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manat üçüncü dəfə devalvasiyaya uğraya bilər

Onun sözlərinə görə, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirməyə və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb: "Bununla, Mərkəzi Bank az dollarla çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil, indiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarlaşma prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır."

Ekspert bildirib ki, həftə sonunda bir sıra valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməyəciyini və dollar qıtlığının yaranacağını öncədən proqnozlaşdırmaq olar.

"Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollar satmalıdır. Əks halda Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satmaq deyil, xarici valyuta satan olacaqsa, almaq haqqında düşünəcəklər" — deyə V.Bayramov əlavə edib.

Xəbər lenti
0