BAKI, 8 yan-Sputnik. Səudiyyə Ərəbistanı neftin qiymətlərinin aşağı düşməsi səbəbindən iqtisadiyyatdakı mənfiyə doğru gedişatın qarşısını almaq məqsədilə dövlətə aid ən böyük neft şirkətinin hissələrini ölkə əhalisinə satmağı planlaşdırır.
Sputnik-in məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Salmanın oğlu Muhammed Bin Salman, "Economist" jurnalına verdiyi müsahibədə belə deyib. O, həmçinin dünyanın ən böyük enerji şirkəti olan Aramco-nun ilk dəfə xalqa müraciətini müzakirə etdiklərini də söyləyib.
Bunun diqqətəlayiq bir irəliləyiş olduğunu bildirən Şahzadə Salman, qərarın Səudiyyə iqtisadiyyatının və Aramco-nun xeyrinə olacağını ifadə edib. Salman, bundan əlavə Səudiyyə Ərəbistanında səhiyyə və təhsil də daxil olmaqla bir çox sahədə özəlləşdirməyə gediləcəyini açıqlayıb.
Aramco-nun xalqa müraciət qərarının neftin qiymətlərinin 1 barelinin 35 dollardan aşağı düşməsindən sonra verilməsi də diqqəti cəlb edib. Səudiyyənin kral ailəsi ilk mərhələdə şirkətin hissələrinin yüzdə 5%-ni satmağı planlaşdırıb və bu məqsədlə potensial müştərilərlə müzakirələrə başlayıb.