Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti ilə bağlı qorxulu rəqəmlər açıqlandı

© contнефть
нефть - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün "West Texas Intermediate"in (WTI) qiymətləri birjalarda 5.5%-dən də aşağı düşüb. Çin Mərkəzi bankı da yuanın məzənnəsinin 2011-ci ilin martından indiyə kimi ən aşağı həddə yuvarlandığını qeyd edib. Çində bu gündən etibarən, valyutadəyişmə məntəqələri bağlanıb.

BAKI, 7 yan-Sputnik. 10 gündən sonra 1 barel neftin qiyməti 30 dollar olacaq. Sputnik-in məlumatına görə, bu barədə UBS Group AG Çin holdinqi olan "Nomura Holdings Inc"ə istinadla xəbər verib.

UBS Group AG-nin məlumatına görə, ABŞ-ın Nyu York birjasında neftin qiymətləri son 12 ilin ən aşağı həddinə düşüb. Analoji göstərici Çində də qeydə alınıb və Çin bazarı 10 gündən sonra 1 barel neftin 30 dollara düşəcəyini proqnozlaşdırıb.

Bu gün "West Texas Intermediate"in (WTI) qiymətləri birjalarda 5.5%-dən də aşağı düşüb. Çin Mərkəzi bankı da yuanın məzənnəsinin 2011-ci ilin martından indiyə kimi ən aşağı həddə yuvarlandığını qeyd edib. Çində bu gündən etibarən, valyutadəyişmə məntəqələri bağlanıb.

birja hərrac neft - Sputnik Azərbaycan
Neft 33.24 dollara düşdü

"10 gündən sonra bir barel neftin qiyməti $30-a enəcək" — Nomura Holdings Inc xəbər verir.

"Bazar tamahkarlıq və qorxu üzərində bərqərardır, hazırda isə qorxu tamahkarlıq üzərində dominantlıq təşkil edir", — deyə Nomuradan olan Hong-Konglu analitik Qordon Kuan (Gordon Kwan) bildirib. Xammal fyuçers bazarları həmişə gələcəyə nəzərən işlədikləri üçün ehtiyat edirlər ki, yuanın devalvasiyası Çin iqtisadiyyatının daha da zəifləməsinə səbəb olacaq.
Neft 2015-ci ildə böyük itkilərə məruz qalıb. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) faktiki olaraq qlobal itkilərin fonunda hasilatı artırmaqdan imtina edib. Enerji İnformasiyaları İdarəsinin (Energy Information Administration) məlumatına görə, Oklahoma ştatındakı Kuşinq yataqlarından ABŞ-ın satış məntəqələrinə çatdırılan neftin həcmini bütün ölkə üzrə rekord həddə çatdırıb. Bütün ölkə üzrə ehtiyatlar beş illik ortalama rəqəmlərə əsasən 100 milyon barreldir.

WTI fevrala qədər $ 1,87 ucuzlaşaraq $ 32,10-a düşəcək. Bu isə 2003-cü ilin 29 günlük fevralından sonra, 12 il ərzində ən aşağı qiymətdir. Bu gün Londonda yerli vaxtla səhər saat 7:47-də bir barrel neft $ 32,23 olub. Son 3 gündə neftin bağlanan müqavilələrdə göstərilən rəqəmlərin fonunda ucuzlaşması nəticəsində müqavilələr 8,3% itirib.

21st World Petroleum Congress - Sputnik Azərbaycan
RUSİYA
Nazir: ucuz neftin səbəbkarı Səudiyyə Ərəbistanıdır

Bu məlumatı Sputnik-ə şərh edən REAL Hərəkatının İdarə Heyətinin üzvü, ekspert Azər Qasımlı deyib ki, neftin gələcək qiymətləri ilə bağlı yanvar ayında proqnoz vermək çətin deyil: "Son 2-3 gün ərzində dünya birjalarında neftin qiymətinin 3-4 dollara qədər aşağı düşdüyünün şahidi olduq. Bu o deməkdir ki, 10 gün gözləməyə dəyməz. Yaxın 1-2 günə 1 barrel neftin qiyməti 30 dolların altına da düşə bilər".

Ekspertin fikrincə, bunu isbat edəcək kifayət qədər göstəricilər var: "Birincisi, Səudiyyə Ərəbistanı (SƏ) dünya bazarında getdikcə artan neft bolluğu fonunda qiymətləri aşağı salır. Hələ dünən Səudiyyə AB ölkələrinə 60 sent endirim etdi. Bu endirimlər bundan sonra da davam edəcək. Çünki hazırda dünya bazarında neft təlabatdan daha çoxdur. İkincisi, İran öz neftini dünya bazarına çıxmağa başlayıb. Yaxın aylarda da neft hasilatını artırmağı düşünür. Bu da neftin qiymətini salacaq. Birjalar fyuçersləri satanda gələcək proqnozları nəzərə alırlar. Hələ Liviyanın neft hasilatını əvvəlki səviyyəyə çatdırması, ABŞ-ın 1975-ci ildəki xam neftin satışına qadağanı qaldırması və öz neftini dünya bazarına çıxarmağa hazırlaşması da gözardı edilməməlidir. Bütün bunlar göstərir ki, neftin qiymətlərinin enməsi uzunmüddətli trendə çevrilə bilər. Ola bilsin, 2016-nın sonuna qədər neft 20-40 dollar arasında oynasın. Amma bu müvəqqəti ola bilər".

Xəbər lenti
0