CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tütün məhsulları yenidən bahalaşdı

© sputnik.azSiqaret
Siqaret - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci devalvasiyada 1.2 AZN-dən 1.5 AZN-ə, ikinci devalvasiyada isə 1.5 AZN-dən 2.2 AZN-ə qalxan "LD Club Platinum" siqareti bu gün səhər 2.6 AZN qiymətinə satılıb. Və bu bahalaşma bütün siqaret brendləri üzrə müşahidə edilib.

BAKI, 8 yan — Sputnik. Artıq Azərbaycanda dollar kabusu formalaşıb. ABŞ valyutasının məzənnəsində dəyişiklik baş verməsə belə, bu haqda şayiənin yayılması bəs edir ki, bazarlarda qiymətlər "şahə qalxsın". Daha doğrusu, artıq qiymətlər şahə qalxıb.

Bu gün səhər Sputnik əməkdaşı metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında yeni bahalaşma dalğasının şahidi olub. Belə ki, Mərkəzi Bankın saytında dolların bu günə olan məzənnəsi 1.5642 (dünən axşamdan təyin olunan məzənnə —red.) göstərilməsinə rəğmən, artıq tütün məhsullarının qiyməti 20 faizədək qalxıb.

Siqaret - Sputnik Azərbaycan
Bakıda siqaretin və mobil telefonların satışı dayandırılıb

Misal olaraq, birinci devalvasiyada 1.2 AZN-dən 1.5 AZN-ə, ikinci devalvasiyada isə 1.5 AZN-dən 2.2 AZN-ə qalxan "LD Club Platinum" siqareti bu gün səhər 2.6 AZN qiymətinə satılıb. Və bu bahalaşma bütün siqaret brendləri üzrə müşahidə edilib.

Sputnik əməkdaşı bu qiymət artımının subyektiv (fərdi qiymət qaldırılması) xarakter daşımadığını aydınlaşdırmaq üçün yaxınlıqdakı bir neçə marketə baş çəkib. Təəssüf ki, bütün dükanlarda eyni acı reallıqla qarşılaşıb. Hətta, satıcılardan firmaların topdan satış qiymətlərinin əks olunduğu cədvəli tələb etməyi də unutmayıb (cədvəldə "LD Club Platinum"un topdan satış qiyməti 2.4 olaraq göstərilib).

Və əməkdaşımız elə oradaca qərara gəlib ki, vətəndaşların sağlamlığının, xoşbəxtliyinin prioritet elan edildiyi, məmurların yuxuda da əhalinin səadəti haqda düşündüyü bir dövrdə yaşamaq necə də qürurvericidir…

Xəbər lenti
0