BAKI, 19 dek-Sputnik. Əhalinin banklardakı əmanətləri noyabrda 138,9 milyon manat azalıb. Əmanətlər dekabrın əvvəlinə milli valyuta ekvivalentində 7,2 milyard manat təşkil edib.
Sputnik Azərtac-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
DSK-nın məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 2,4 faiz və ya 167,5 milyon manat artıb.