Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Tofiq Zülfüqarov təcrübəli olsa da, məsələlərə subyektiv yanaşır"

© Photo : TeleqrafTofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Bir adamın uzun illər bir yerdə qalıb işləməsi həm diplomatın özü üçün arzu olunan deyil, həm də ölkənin mənafeləri baxımından düzgün deyil.

BAKI, 5 yan-Sputnik. Azərbaycanın xarici siyasətinin bir sıra məsələləri var ki, bu məsələlərdə Tofiq Zülfüqarov təcrübəli bir işçi olsa da, bəzi məsələlərə subyektiv yanaşır. Amma hər halda onun fikirləri Azərbaycanın xarici siyasət xəttinin canlandırılmasına xidmət edən fikirlərdir.

Bu sözləri politoloq Qabil Hüseynli Sputnik-ə keçmiş xarici işlər naziri, nüfuzlu diplomat, Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovun "Virtualaz" saytına müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, dünya praktikasında səfirlərin müəyyən müddət, 4 ya da 5 il, daha çox 4 il müddətində işləməsi nəzərdə tutulub. ABŞ-da da bu belədir. Ondan sonra səfirlər rotasiya qaydasında başqa ölkəyə köçürülür və yaxud da Xarici İşlər Nazirliyində daha yüksək vəzifəyə aparılır.

Хикмет Гаджиев - Sputnik Azərbaycan
Azərbaycan diplomatik nümayəndəliklərini və səfirliklərini bağlayacaq
  

Politoloq qeyd edib ki, səfirlərin rotasiyası baxımından Tofiq Zülfüqarovun dediyi həqiqətə uyğundur. Yəni, bir adamın uzun illər bir yerdə qalıb işləməsi həm diplomatın özü üçün arzu olunan deyil, həm də ölkənin mənafeləri baxımından düzgün deyil. Ona görə də bu məsələdə Tofiq Zülfüqarovun mövqeyini qəbul etmək olar.

Qeyd edək ki, Tofiq Zülfüqarov sözügedən müsahibədə deyib: "Bizim XİN-dəki problemlər adi gözlə də görünür. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq hansısa addımlar atılır. Hərçənd ki, nəticələr haqda danışmaq tezdir".

Tofiq Zülfüqarov həmçinin deyib ki, onun səfirlik müddəti başa çatıb. "Bizdə onsuz da müddətdən artıq qalıb işləyirlər. Dünyada çox nadir halda olar ki, səfir bir ölkədə 5 ildən artıq işləsin. Ona görə də indiki halda XİN bizim daxili təlimatın bütün bəndlərinə əməl edib" — deyə keçmiş səfir bildirib.

Xəbər lenti
0