Azərbaycan diplomatik nümayəndəliklərini və səfirliklərini bağlayacaq

© Photo : APAХикмет Гаджиев
Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
Manatın devalvasiyası, ölkənin valyuta ehtiyatlarının azalması Azərbaycanı xarici ölkələrdəki bir sıra diplomatik missiyasını ləğv etməyə və ya birləşdirməyə vadar edib.

BAKI, 30 dek-Sputnik. Manatın devalvasiyası, ölkənin valyuta ehtiyatlarının azalması Azərbaycanı xarici ölkələrdəki bir sıra diplomatik missiyasını ləğv etməyə və ya birləşdirməyə vadar edib.

Sputnik-in məlumatına görə, gun.az portalı Latın Amerikası və Mərkəzi Amerikada, o cümlədən Afrika ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan səfirliklərinin bağlanacağı barədə xəbər verib.

Məlumatlı mənbə bildirib ki. maliyyə qənaəti məqsədi ilə bir sıra ölkələrdəki səfirliklər bağlanacaq və bəzilərinin fəaliyyəti birləşdiriləcək.

Prezident İlham Əliyevin bu yaxınlarda geri çağırdığı bəzi səfirlərin yerinə yeniləri təyin edilməyəcək və orada səfirliklər bağlanacaq.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə aydınlıq gətirərə deyib: "Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələ də ciddi şəkildə hökumət tərəfindən baxılır."

Xəbər lenti
0