Dərman bazarını necə sabitləşdirmək olar?

© oxu.azaptek
aptek - Sputnik Azərbaycan
Abunə olmaq
Eyyub Hüseynov: “Hökümət dərman sahəsində tam liberal bir vəziyyət yaratmalıdır”

Dərman bazarını necə sabitləşdirmək olar?
Apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra ölkədə dərman qıtlığı ilə bağlı bəzi problemlər yaranıb.

Bu məsələyə rəsmi səviyyələrdə dəfələrlə münasibət bildirilərək qeyd edilib ki, əslində, Azərbaycanda dərman qıtlığı problemi yoxdur. Bu, apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanılmasından sonra Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin birgə apardığı monitorinqlər zamanı da öz təsdiqini tapıb. 

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovun da ötən həftə verdiyi açıqlamadan belə nəticəyə gəlmək olar ki, hazırda yalnız ticarət adı ilə axtarılan dərmanların apteklərdə tapılmamasından söhbət gedə bilər. 

Əgər dövlət qurumlarının da söylədiyi kimi həqiqətən də apteklərdə dərman varsa, insanlar niyə onları tapa bilmirlər? Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik:

“Hansı dərmanlar vahid qiymətə satılmırsa, həmin dərmanların qiymətləri 30% qaldırılıb. Apteklərdən isə qeyd edirlər ki, biz gözləyirik ki, vahid qiymət prinsipi bu dərmanlarada aid olacaq, ona görə də onları indidən yuxarı qiymətə satırıq. Dərman bazarında defisitin əmələ gəlməsi isə kontrakt sahiblərinin Azərbaycana buna uyğun qiymətə dərman göndərməməsi ilə bağlıdır. Səhiyyə Nazirliyi bu işlərlə yaxşı məşğul olmalıdır. Gör nə hadisə baş verib ki, insanlar dərman üçün növbəyə durub. O qədər tələb var ki, ona görədə qiymətin bahalaşması gedir. Distribütörlərin həkimlərlə əlaqəsini kəsmək məqsədi ilə reseptlər molekullarla yazılır, əvvəllər isə  dərmanların adları ilə yazılırdı. Lakin, indi distribütörlər apteklərlə iş görürlər, öz molekullarını satdırmaq üçün molekulun adını deyirlər. Düşünürəm ki, bu zəruri olsa da kafidir. Yəni həll olunmur çünki, distribütörlər həkimlərdən keçib aptek şəbəkələri ilə işləyirlər, aptek şəbəkələri isə öz haqlarını həmin o distribütörlərdən alırlar. Bu da dərmanın keyfiyyəti ilə bağlı problemlərdən biridir”.

Eyyub Hüseynovun dərman satışı sahəsində olan problemi aradan qaldırmaqla bağlı təklifləri də var:

“Hökümət dərman sahəsində tam liberal bir vəziyyət yaratmalıdır. Hər bir dərman distribütörinin dərman istehlasçısına rahat çıxışı olmalıdır. Bütün süni baryerlər ölkə prezidentinin dediyi kimi hamısı aradan götürülməlidir. Bazar tam liberallaşlmalıdır, heç bir monopoliyadan, heç bir karter sövdələşməsindən söhbət getməməlidir. Bazarda bolluq olarsa və üstəlik müstəqil laboratoriayalar aktiv işləyərsə, yaxşı ekspertiza olarsa dərman bazarı sabitləşər. Dərmanların da keyfiyyəti qalxar, qiyməti isə aşağı düşər”.

Qeyd edək ki, bu ilin sentyabrın 15-dən apteklərdə dərmanlar vahid qiymətə satılır.

Xəbər lenti
0