Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Real klubu Ronaldonu satmağa hazırlaşır

© Sputnik / Alexey Filippov / Mediabanka keçidCristiano Ronaldo
Cristiano Ronaldo - Sputnik Azərbaycan
Abunə olmaq
Madrid klubunun portuqaliyalı oyunçunu hansı qiymətə satmağa hazırlaşması da məlumdur.

Bakı, 3 yan — Sputnik. Madridin "Real" klubu öz lideri portuqaliyalı hücumçu Kriştianu Ronaldonu bu yay 60 milyon avroya satmağa hazırlaşır.

Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, transferə klubun prezidenti Florentino Peresin heyəti ciddi surətdə yeniləmək, həmçinin əməkhaqqı cədvəlini yüngülləşdirmək istəyi səbəb olub.

Otuz yaşlı Ronaldo Madrid klubunda 2009-cu ildən çıxış edir. O, klubun heyətində 323 oyun keçirib, 338 qol vurub və 109 məhsuldar ötürmə edib. Hücumçunun potensial alıcıları sırasında Fransanın "PSJ" və İngiltərənin "Mançester Yunayted" klublarının adı çəkilir.

Xəbər lenti
0