Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Zəkiyev: "2016-cı ildə bizi çətin sınaqlar gözləyir"

© Sputnik / Tarana KhudabakhshiyevaДзюдоист Ильхам Закиев
Дзюдоист Ильхам Закиев - Sputnik Azərbaycan
Abunə olmaq
Paralimpiyaçı çempion: "Rəqiblərimə deyirəm: hazırlaşın, gəlirik!"

BAKI, 31 dek-Sputnik. Yola saldığımız 2015-ci ildə Azərbaycan idmanı hansı uğurları ilə yadda qaldı və 2016-cı ildə hansı yeniliklər ola bilər? Sputnik əməkdaşının bu istiqamətdə suallarını 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı İlham Zəkiyev cavablandırır:

© SputnikИльхам Закиев, чемпион мира по дзюдо
Ильхам Закиев, чемпион мира по дзюдо - Sputnik Azərbaycan
Ильхам Закиев, чемпион мира по дзюдо

- İlham bəy, 2015 —ci il Azərbaycan idman tarixi üçün yadda qalan il oldu. İlk Avropa oyunları, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları  keçirildi, qələbələr qazandıq. Hətta 2016 Olimpiya oyunlarına da lisenziya qazanan idmançılarımız oldu. Konkret olaraq, İlham Zəkiyev üçün 2015-ci il idman karyerasında nə ilə yadda qaldı?

— Mən bu il 3 yarışda güləşdim. 2015-ci ilin fevral ayında Macarıstanda Dünya kubokunda  qalib gələrək qızıl medal qazandım. Sonra 30 ay ərzində işləyərək öhdəsindən gəldiyimiz İlk Avropa Oyunlarında  yenə də bayrağımızı yüksəklərdə dalğalandırdım. Hətta oyunlar zamanı digər ölkələrdən gələn hakimlər və idmançılarla söhbətimiz zamanı Azərbaycanın belə möhtəşəm oyun keçirməsindən razı qaldıqlarını dəfələrlə qeyd etdilər. Bakı 2015 oyunlarının açılış mərasimində mən bir daha fəxr elədim ki, azərbaycanlıyam. Hər şey çox yüksək səviyyədə idi.  Biz hər kəsi heyran edə bildik. Bu oyunların keçirilməsində Cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rolu əvəzsizdir. Mən bir daha onlara təşəkkürümü bildirirəm. Azərbaycanın İlk Avropa Oyunlarında Rusiyadan sonra 2-ci yerə çıxması böyük uğurdur. Rusiya 150 milyonluq əhalisi ilə 1-ci yeri götürdüyü halda Azərbaycan 10 milyonluq əhalisi ilə 2-ci oldu. Heç kəs gözləmirdi bunu. İdmançıların əzmi nəticəsində biz bunu bacardıq.

- İlham Zəkiyev bu il ümumilikdə Azərbaycan idmançılarının qazandıqları nəticələrdən razıdır?

— Bu yaxınlarda Azərbaycan taekvandoçuları Meksikada keçirilən dünya kubokunda komanda hesabı ilə 1-ci yerə layiq görüldülər. Amerikada Las-Veqasda keçirilən güləş üzrə  dünya çempionatında güləşçilərimiz yüksək səviyyədə iştirak etdilər və uğur qazandılar. 2015-ci il Azərbaycan Cüdo Federasiyasına yeni rəhbər seçildi — Rövnəq Abdullayev. Və bu qısa zamanda artıq cüdoda dirçəlmə göz qabağındadır. İnanıram ki, qarşıdakı illərdə cüdoçularımız daha böyük uğurlara imza atacaq. Eynilə boksda bu il yaxşı  nəticələrimiz oldu. Elvin Məmişzadəni xüsusilə qeyd etmək lazımdır. 

- Bu yaxında ilin yekunlarına görə ilin ən yaxşı idmançısı, ən yaxşı jurnalisti üzrə mükafatlandırma mərasimi keçirilib. Əgər İlham Zəkiyev münsif olsaydı, o, 2015-in ən uğurlu idmançısı və ən yaxşı jurnalisti olaraq kimləri seçərdi?

— Çətin sualdır (gülür —red.). Qaliblər haqqında xəbərim var. İlin idmançısı Rəsul Çunayev, ilin jurnalisti isə İlkin Fikrətoğlu seçilib. ("Hamısı dostumuzdur" deyib sualdan yayınmaq istəyir. Amma "dostluğu qoyaq kənara, bir mütəxəsis kimi fikrinizi istəyirik" deyərək suala yenidən qayıdırıq —red.). Yaxşı idmançılarımız çoxdur. Rəsul Çunayev, Hacı Əliyev var, onu qeyd etmək olar. Elvin Məmişzadə  də var. Mən Elvin Məmişzadəni ilin idmançısı seçərdim. Ən çətin sual isə ilin jurnalisti ilə bağlıdır. Heç kimin xətrinə dəymək istəmirəm. Hamı bu ada layiqdir. 

- 2016-ci ildə İlham Zəkiyev qarşısına nə məqsədlər qoyub?

— 2016-cı il məsuliyyətli ildir. 4 ilin yekunu olaraq  Olimpiya oyunları bizi gözləyir. Allah bütün idmançıları zədədən qorusun və yarışlara sağlam və tam hazırlıqlı qatıla bilsinlər. Və mən də çalışacam Azərbaycanı Rio-de-Janeyroda layiqincə təmsil edim. 

© Baku2015.comПрезидент Ильхам Алиев и победитель Евроигр - паралимпиец-дзюдоист Ильхам Закиев
Президент Ильхам Алиев и победитель Евроигр - паралимпиец-дзюдоист Ильхам Закиев - Sputnik Azərbaycan
Президент Ильхам Алиев и победитель Евроигр - паралимпиец-дзюдоист Ильхам Закиев

- Rio-de-Janeyroda keçiriləcək yarışda kimləri çempion kimi görə bilərik?

— Cüdo üzrə paralimpiyadan — Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Ramin Qasımov (73 kq) kimi idmançılardan qızıl medal gözləyirik. 81 kilo çəkidə Rövşən Səfərov da Avropa çempionu, dünya üçüncüsüdür. Qızıl olmasa da,  medal götürə biləcək gücə malikdir. 100 kq-da olan idmançımız üçlükdə qərarlaşa bilər. 100+ də məndən hamı qızıl medal gözləyir. Çalışacağam ümidləri doğruldum. 57 kiloqramda Səbinə Abdullayeva oyunlara kimi öz üzərində işləyib hazırlaşacaq və yaxşı hazırlaşsa, finala çıxa bilər. Cüdo milli yığmamızdan Nicat Şıxəlizadə (66 kq) təcrübəli idmançıdır. 60 kiloda bizdə iki güclü idmançı var. İlqar və Orxan Səfərovlar. Hər ikisi medala iddialı idmançıdır. 74 kiloda Rüstəm Orucov, 100 kiloda Elxan Məmmədov və Elmar Qasımovdan qələbə gözləyirik. Güləşçilərimizdən daha çox uğur gözləyirik. Toğrul Əsgərov, Rəsul Çunayev, Həsən Əliyevdən medal gözləyirəm. Boksdan Elvin Məmişzadə, Elnur Məmmədov, taekvandodan Radik İsakovdan medal gözləyirik. İnanıram ki, bizi bütün idmançılarımız sevindirəcək. 

Ильхам Закиев
Ильхам Закиев  - Sputnik Azərbaycan
Ильхам Закиев

- Rusiya idmançıları ilə münasibətiniz necədir? Yalnız tatamidə görüşürsünüz, yoxsa dostluq edirsiniz?

— Hamısı ilə dostuq, hamı ilə əlaqə saxlayırıq. Sonuncu Avropa çempionatında final döyüşüm rusiyalı idmançısı Qaydar Qaydarovla oldu. 7-ci dəfə də rəqibimin üzərində qələbə çalaraq 6-ci dəfə Avropa çempionu adını qazandım. Qeyd edim ki, Rusiyada cüdo məşhur idman növlərindən biridir və onlarda yaxşı inkişaf edib. Tatamidə 5 dəqiqəlik rəqibik. Tatamidən kənarda bütün rəqiblərimlə dostam. Arada zəngləşirik və bayramlarda bayramlaşırıq da.

- İlham Zəkiyev rəqiblərinə nə söyləyir?

— Bütün rəqiblərimə bir kəlmə deyə bilərəm. Hazırlaşın, gəlirik.

Xəbər lenti
0