BAKI, 23 dek-Sputnik. Səkkiz il müddətində futboldan uzaqlaşdırılan FIFA prezidenti Yozef Blatter futbol fəaliyyətini bitirdiyini bəyan edib.
Sputnik-in məlumatına görə, ABŞ-ın "The Wall Street Journal" nəşrinə müsahibəsində Blatter deyib: "Mən futboldakı fəaliyyətimi sona çatdırdım. Rəhbərlik etdiyim təşkilata olan inamımı 27 mayda ABŞ hüquq-mühafizə orqanları fəaliyyətimizə müdaxilə etdiyi vaxt itirdim."
UEFA prezidenti Mişel Platini də 8 il müddətinə futboldan uzaqlaşdırılması barədə FİFA İntizam Komitəsinin qərarını şərh edib: "FIFA-nın İntizam Komitəsi 2011-ci ilə kimi nə işlə məşğul olub? Yatmışdı? Mən FIFA prezidentliyinə namizəd olanda ayıldı? Baş verənlər mənə çox qəribə gəlir. Mən mübarizəmi davam etdirəcəyəm. Mənim reputasiyam onsuz da ləkələnib. Faktiki olaraq mənim yolumu kəsiblər və məni Blatterlə eyni yeri qoyublar".
FIFA-nın İntizam komitəsi bir neçə gün əvvəl Blatter və Platininin 8 illiyə futboldan uzaqlaşdırılması barədə qərar qəbul edib.