CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rasim Əliyevin vəkili: Futbolçunu cəzadan kənarda saxlamağa çalışırlar

Abunə olmaq
Döyülərək qətlə yetirilmiş jurnalist Rasim Əliyevin vəkili deyib ki, istintaq həkimlərə və Cavid Hüseynova kömək etmək istəyir.

BAKI, 22 dek-Sputnik. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanmış cinayət işinin materialları məhkəməyə göndərilib.

Sputnik Bakı Şəhər Prokurorluğunun məlumatına istinadən xəbər verir ki, Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Rasim Əliyev - jurnalist, ann.az-ın döyülərək öldürülən əməkdaşı - Sputnik Azərbaycan
VİDEO
Rasim Əliyevin ölümünə səbəb olan anın videosu yayıldı

Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Futbolçu Cavid Hüseynov
Futbolçu Cavid Hüseynov - Sputnik Azərbaycan
Futbolçu Cavid Hüseynov

Zərərçəkən tərəfin vəkili Əsabəli Mustafayev ann.az-a bildirib ki, istintaqın həkimlərə və Cavid Hüseynova komək etmək istədiyi əvvəldən bilinirdi. Vəkilin fikrincə, Cavid Hüseynovun işinin digər təqsirləndirilənlərdən ayrılması qanuna ziddir və futbolçunu cəzadan kənarda saxlamaq istəyindən qaynaqlanır.

Xəbər lenti
0