Rasim Əliyev 8 avqust 2015-ci ildə Bakının Bayıl qəsəbəsində Facebook sosial şəbəkəsində "Qarabağ" futbol klubunun oyunçusu Cavid Hüseynov haqqında yazdığı statusa görə futbolçunun qohumları tərəfindən döyülüb. Hadisənin səhərisi günü isə o, xəstəxanada vəfat edib.
Jurnalistin döyülmə anı hadisənin baş verdiyi məkanda qoyulmuş nəzarət kameralarına düşüb. Həmin görüntüləri mərhum jurnalistin vəkili ann-az saytına təqdim edib.
Sputnik döyülmə anının göründüyü həmin videonu diqqətinizə çatdırır: