CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yol qəzalarında 217 nəfər ölüb

Abunə olmaq
Statistikaya görə, qəzaların ən çoxu şənbə və bazar günləri baş verib.

BAKI, 22 dek-Sputnik. Bu ilin əvvəlindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sputnik-in məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bu il ərzində Azərbaycan paytaxtında baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistikanı açıqlayıb.

Statistikaya əsasən, ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb.

Azərbaycanda yol-nəqliyyat hadisələri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda yol hadisələrinin "qanlı siyahı"sı
  

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlilinə görə, yol nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib.

Qəzaların çoxu Bakının Heydər Əliyev, Parlament, Tbilisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Sözügedən qəzalar zamanı sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz, piyadaların vurulması 50,6 faiz təşkil edib.

"Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16359 sürücü, eləcə də avtoxuliqlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb." — deyə Əsədov bildirib.

O deyib ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir.

Xəbər lenti
0