Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dərmanların və digər məhsulların qiymətlərinə yenidən baxılacaq

© supermarketSupermarketlərdə qiymət artımı
Supermarketlərdə qiymət artımı - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat və Sənaye Nazirliyi ictimaiyyətə açıqlama verəcək.

BAKI, 21 dek-Sputnik. Bu gün baş verən manatın devalvasiyası əhali arasında ciddi narahatlıq yaradıb. Xüsusilə ərzaqın, neft məhsullsrının və gediş haqlarının artırılacağı barədə söhbətlər dolaşmaqdadır. Buna paralel olaraq bir qədər əvvəl Tarif (Qiymət) Şurasının aşağı endirdiyi dərmanın qiymətlərində də yenidən yüksəlişin olacağı proqnozlaşdırılır. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda qiymətləri Tarif Şurası tərəfindən tənzimlənən dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.

Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır. Bu dərmanlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə, həmin dərmanların da qiymətləri dəyişəcək. Odur ki, Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkarlar dərmanları bu qiymətə sata bilməyəcəklər.

Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
TƏHLİL
Neft ucuzlaşdıqca, manatın da ucuzlaşması davam edəcək

Quliyevin fikrincə, dərmanların qiymətləri sərbəst şəkildə müəyyənləşdirilərsə, onda yalnız həyatı vacib dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.
"Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərinin hansı səviyyədə arta bilməsi dərmanların hansı ölkədən və dolların hansı məzənnəsi ilə alınmasından asılıdır." — deyən deputata görə, ölkədə səhiyyə xidmətlərinin bahalaşması gözlənilir.

"Amma bu, indi deyil, bir müddət sonra baş verə bilər. Manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi səhiyyə xidmətlərinin artması üçün əsas səbəb deyil. Müəyyən xidmətlərin, xəstəxanaların aldıqları avadanlıqların və materialların qiymətlərinin artması səhiyyə xidmətlərinin qiymətlərinə də təsir edəcək" — deyə Quliyev əlavə edib.

Tarif Şurasından Sputnik-ə bildiriblər ki, ölkədə manatın məzənnəsinin aşağı düşməsi fonunda qiymətlərin necə tənzimlənəcəyi barədə məsələyə İqtisadiyyat və Sənaye Nazirliyi aydınlıq gətirməlidir. Bu gün üçün Tarif Şurasında qiymətlərin tənzimlənməsi ilə bağlı hər hansı qərar gözlənilmir.

Ərzaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hansı ərzaqlar bahalaşacaq?

İqtisadiyyat və Sənaye Nazirliyindənsə Sputnik-ə bildiriblər ki, Nazirlik gözlənilən dəyişikliklərlə bağlı günün sonuna qədər ictimaiyyəti məlumatlandıracaq.

Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Milli valyuta ABŞ dollarına nisbətdə 50%-ə qədər dəyərdən düşüb.

Xəbər lenti
0