BAKI, 21 dek – Sputnik. “Manatın dollara nisbətdə kəskin ucuzlaşması digər məhsullara olduğu kimi ərzaq məhsullarına da təsir edəcək”. Bunu Sputnik-ə müsahibəsində “Premium market”in baş meneceri Hüseyn Mustafazadə deyib.
Onun sözlərinə görə, sabahdan etibarən rəflərdəki qiymət dəyişikliyini alıcılar da hiss etməyə başlayacaqlar.
Mustafazadə, bahalaşmanın daha çox xaricdən gətirilən məhsullarda olacağını bildirib.
“Lakin düşünürəm ki, yerli məhsullarda da müəyyən vaxt sonra nisbətən bahalaşma olacaq”, deyə Hüseyn Mustafazadə əlavə edib.