Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollarla kredit götürən vətəndaşlarımızın aqibəti yaxşı olmayacaq

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidДенежные купюры
Денежные купюры - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramlı: Dollarla kredit götürən vətəndaşlarımız üçün xüsusi güzəştlərin edilməsi olduqca vacibdir.

BAKI, 21 dek — Sputnik. "Manatın dəyərdən düşməsi, idxal olunan məhsulların qiymətində artımla müşahidə olunacaq. Çünki həmin məhsullar ölkəyə dollarla gətirilir". Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.

Vahid Əhmədov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İqtisadçı deputatdan şok bəyanat: Manatı daha ağır günlər gözləyir
 

Onun sözlərinə görə, idxal olunan məhsul qiymətləri 30-35 % bahalaşa bilər. Vüqar Bayramlı, manatın məzənnəsindəki dəyişikliyin yerli məhsullara da psixoloji təsir edəcəyini qeyd edib:

"Yerli valyutada məzənnə dəyişikliyi, manatın dəyərsizləşməsi tək idxal yox, yerli məhsul qiymətlərində də artımla müşahidə oluna bilər".

Vüqar Bayramlı dollarla kredit götürən vətəndaşların əziyyət çəkməməsi üçün hökumətin kompleks tədbirlər görməsinin vacibliyi vurğulayıb:

"Hazırkı vəziyyət dollarla kredit götürən vətəndaşlarımıza da təsir edəcək. Dollarla kredit götürən vətəndaşlarımız üçün xüsusi güzəştlərin edilməsi olduqca vacibdir. Əks halda kredit ödənişlərində ciddi problemlər yarana bilər. Ona görə də hökumət kompleks addımlar atmalıdır"

Ekspert əlavə edib ki, artıq iqtisadi və sosial siyasət manatın yeni məzənnəsinə uyğunlaşdırılmalıdır.

доллар - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan manatı 47,63% ucuzlaşdı
  

Süni qiymət artımlarının ola biləcəyini də deyən Bayramlı, əhalini diqqətli olmağa çağırıb.

"Yerli valyutada olan dəyişiklikdən istifadə edərək süni qiymət artımları da müşahidə oluna bilər ki, hökumət bunun olmaması üçün, monitorinqlər keçirməlidir. Qiymətlər yeni məzənnəyə uyğun olaraq formalaşmalıdır. Bəzi sahibkarlar daha çox qiymət artımına getməklə əlavə qazanc əldə etməyə çalışacaqlar".

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Xəbər lenti
0