CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəhşətli dərəcədə doğru həqiqəti hamı bilməlidir

© pixabay / 889520İş yeri, ofis, kollektiv
İş yeri, ofis, kollektiv - Sputnik Azərbaycan
Abunə olmaq
Ən böyük intiharlar iqtisadi böhranlar zamanında qeydə alınıb.

BAKI, 19 dek-Sputnik. Biz tarixin ən çətin dönəmlərindən birini yaşayırıq. Neft qiymətlərindəki sürətli düşüş, manatın getdikcə öz dəyərini itirməsi, inflyasiya, iş yerlərindəki kütləvi ixtisarlar, istehsalın aşağı düşməsi və müasir texnikanın daha çox adamı əvəz etməsi səbəbindən iş yerlərinin azalması və s. faktorlar günümüzün reallığıdır. İqtisadi böhran dövrünü istənilən ölkə çox çətin keçirir. Bu həm də çox dəhşətli depressiya dövrüdür.

Adamlar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu peşəni seçənlər daha çox intihar edir

Roma Universitetinin sosioloji tədqiqatlar mərkəzinin əməkdaşları uzun araşdırmalardan sonra o qənaətə gəliblər ki, ən böyük intiharlar iqtisadi böhranlar zamanında qeydə alınıb. İşsiz qalmaq isə insana heç kəsə lazım olmadığı fikrini təlqin edir və çıxılmaz depressiya yaradır. Buna görə də, italiyalı alimlər məsləhət görürlər ki, böhran dövründə işinizi və insanlar arasında etmadınızı itirmək istəmirsizsə, bəzi reallıqlara fikir verməlisiz. Bu isə rəhbəlik və kollektivlə olan münasibətlərdən xeyli dərəcədə asılıdır.

Arzuolunmaz iş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Günahkar hiss etdirən peşələr

NLP üzrə mütəxəssis Babək Bayramov hər kəsin bilməsi lazım olan iş münasibətləri barədə maraqlı fikirlər söyləyib: "İş zamanı müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq məcburiyyətində qalırıq. Bəzən işləməli olduğunuz insanlarla münaqişələr də qaçılmaz olur. İşləyəcəyimiz komanda və ya şirkəti seçmək isə bizim əlimizdə deyil. Belə bir vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır."

Mütəxəssis sevmədiyiniz həmkarınızla da yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə, sizə kömək edəcək bir neçə yol təqdim edib:

Kişi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Varlı olmaq istəyirsizsə, bu peşələri seçin
  

1.Həmkarınızla səmimi olun və onun xoşagəlməz davranışına rəğmən heç vaxt səs tonunuzu qaldırmayın.

2.İstənilən işdə mümkün qərəzli münasibətlərdən özünüzü qorumağa çalışın.

3.Eyni bir layihə üzərində işləyən zaman çalışqanlığınızı nümayiş etdirin.

4.Unutmayın ki,hamımız insanıq və heç birimiz mükəmməl deyilik.

5.Həmkarınızın başqası ilə olan söhbətinə gizlincə qulaq asmayın.

6.Əməkdaşlarınızın güclü tərəflərini,nələri daha yaxşı bacardıqlarını müəyyənləşdirmək onlarla yaxşı münasibət qurmanın yollarından biridir.

7.Son olaraq isə xoşlamadığınız birisi ilə ünsiyyət yaratmanın ən yaxşı yolu onunla ən sevdiyiniz insan kimi davranmaqdır.

Çalışın, işinizi itirməyin!

Xəbər lenti
0