Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu peşəni seçənlər daha çox intihar edir

Abunə olmaq
Siz də bu peşələrdən birinə yiyələnmisinizsə, əqli sağlamlığınıza diqqət edin.

BAKI, 20 noy — Sputnik. Bəzi peşələr stressli çalışma şərtlərinə görə, intihara meyli artırır. Araşdırma zamanı xəstəxana işçilərinin 22%-nin intihara meylli olduğu ortaya çıxıb.

Bəs, başqa hansı peşələr risk altındadır?

Siz də bu peşələrdən birinə yiyələnmisinizsə, əqli sağlamlığınıza diqqət edin.

Həkimlər xəstələnəndə başqa həkimin yanına müayinəyə getməz, özləri özlərini müalicə edərlər. Stress, dərmanlarla ünsiyyət, rəqabət, uzun iş saatına malik olan bu peşədə intihar sıx görülür.

Stomatoloq. Millətin ağız qoxusuna dözməyə məcbur olan diş həkimlərinin də işi heç bitməz. Ağız cərrahları ağız içində xərçəng əlamətlərini axtarmağa çalışır. Yanlış müalicə, ya da bu riskdən ötrü başı ağrıyan tibb işçilərinin dərmanlara qucaq açması intihara meyli artırır.

Cərrah. Ömrünün yarısını təhsilə sərf edən cərrahların bütün həyatı stressdir. Hər kəsi xilas etmək imkansızlığı, bunu qəbul etmək bir çətinlikdir. Tibb dünyasında daha çox cərrahlarda intihar rastlanır. Bir insanın həyatını iki əli arasında tutan cərrahlar qürurlu olduğunda çox zaman başqalarından kömək istəməz. 

Baytar. İnsanların ev heyvanlarını itirməsinə şahid olmaq insanın yaxınını itirməyə şahid olmaq kimi bir şeydir. Baytarlar peşələrində çox çətin qərarlarla qarşı-qarşıya dura bilirlər. Təhsil müddəti uzun və çətin olan insanlar özlərindən nələrisə başqalarına qurban vermək kimi düşüncəyə sahib olurlar.

Tikinti müdiri. Planlı iş və hər zaman ehtiyatlı olmaq. Hər şeyin planlaşdırılmış kimi getməsi onun işidir. Hətta maaşlar gecikəndə, böhran zamanı hər şeyi həll etmək onun öhdəsinə düşür.

Aptek işçiləri. Bütün günü antidepressantlar, dərmanlar içində olan aptek işçilərinin intihar düşüncəsində olması riski də yüksəkdir. Bu işçilər özlərini pis hiss etdiyində reseptsiz də olsa, dərman istifadə edir. Bu da intihara qədər gedən dərman asılılıqlarına yol açır.

Xəbər lenti
0