CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb

© Photo : apaGünəşli platformasında baş verən yanğının söndürülməsi
Günəşli platformasında baş verən yanğının söndürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 25-nin müalicəsi davam edir.

BAKI, 16 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb. 

Mərkəzi Neftçilər Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Günəşli" yatağında zərər çəkmiş 20 neftçi xəstəxanaya yerləşdirilib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, neftçilərdən Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayev müalicə olunduqları üçün evə buraxılıblar.

Hal-hazırda xəstəxanada qalan 25 neftçinin müalicəsi davam etdirilir.

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xilas edilmiş 33 nəfərdən 32-si Mərkəzi Neftçilər Xəstəxanasında nəzarətə götürülmüşdü. Onlardan ağır yaralı olan 8 nəfər xilas olunduqları ilk gündə, qalanları isə sonrakı günlərdə MNX-yə müalicə üçün gətirilmişdilər.

Neft yatağında yanğın - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Günəşli" yatağından qara xəbər
  

Sözügedən qəza nəticəsində 33 nəfər xilas edilmiş, 1 nəfər ölmüş, 29 nəfər isə itkin düşmüşdü. Sonradan itkin düşənlərdən 6 nəfərin cəsədi tapılmışdı. 23 nəfərin taleyindənsə indiyə qədər heç bir xəbər yoxdur. Onların axtarışı üzrə işlər davam edir.

Xəbər lenti
0