Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Günəşli" yatağında zərər çəkmiş 20 neftçi xəstəxanaya yerləşdirilib

© APAMərkəzi Neftçilər Xəstəxanası
Mərkəzi Neftçilər Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilib.

BAKI, 5 dek-Sputnik. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

"Onların vəziyyəti stabildir və daim nəzarət altındadır" deyə baş həkim bildirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti
0