CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır

© gelindegilcocukUşaq gəlin - erkən evlilik
Uşaq gəlin - erkən evlilik - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri Hicran Hüseynova: Son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb.

BAKI, 16 dek-Sputnik. Bir müddət ölkədə erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb. Sputnik-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı belə deyib.

O bildirib ki, son 2 ildə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb: "Bunlardan 17-nin qarşısı alınıb. Erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır".

İşıqlı gələcək üçün oxu - kampaniyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib

Hüseynova çıxışında Bakının Nardaran qəsəbəsində uşaqların təhsildən yayınmasına da münasibət bildirib: "Uşaqların təhsildən yayınması, habelə erkən nikahlar daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxarır. Buna əyani nümunə Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur və uşaqlar radikal dini və siyasi qruplara cəlb edirlər."

Qaxda flaşmob - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vurulub

Komitə sədrinin sözlərinə görə, uşaqların dərsdən yayındırılmasında əsas rolu atalar oynayır: "Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciət olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur".

Xəbər lenti
0