CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vurulub

© sputnik.az/ Pəri AbbaslıQaxda flaşmob
Qaxda flaşmob - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə çərçivəsində Bakıda və respublikanın rayonlarında maarifləndirmə kampaniyaları, qızları təhsilə çağırış fləşmobu keçirilib.

BAKI, 24 okt-Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə yekun vurulub. 

© Sputnik/Xəzər Həmzəİşıqlı gələcək üçün oxu layihəsi
İşıqlı gələcək üçün oxu layihəsi - Sputnik Azərbaycan
İşıqlı gələcək üçün oxu layihəsi

Sputnik QLUİB-in məlumatına istinadən xəbər verir ki, Layihə çərçivəsində Qax, Quba, Xaçmaz, Masallı rayonlarında, Bakı şəhərində və bir sıra Bakı kəndlərində qız uşaqlarının təhsildən erkən ayrılması probleminin qarşısının alınması məqsədilə maarifləndirmə kampaniyaları və ictimai müzakirələr təşkil edilib. Problemin yaranma səbəblərinin araşdırılması məqsədilə sorğular, Qax məktəblilərinin iştirakı ilə "İşıqlı gələcək üçün oxu" — qızları təhsilə çağırış fləşmobu keçirilib.

© Sputnik/Pəri Abbaslıİşıqlı gələcək üçün oxu - kampaniyası
İşıqlı gələcək üçün oxu - kampaniyası - Sputnik Azərbaycan
İşıqlı gələcək üçün oxu - kampaniyası

Layihənin icrası ilə əlaqədar müvafiq məlumatlar, fləşmobu əks etdirən videoçarx ölkə KİV-ləri və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılıb.
Sorğular və ictimai müzakirələr nəticəsində əldə olunan məlumatların, problemin həllinə dair ictimaiyyətin fikir və təkliflərinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası başda olmaqla, müvafiq dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub. 

© Sputnik/Xəzər Həmzəİşıqlı gələcək üçün oxu - kampaniyası
İşıqlı gələcək üçün oxu - kampaniyası  - Sputnik Azərbaycan
İşıqlı gələcək üçün oxu - kampaniyası

Xəbər lenti
0