Böyük Britaniyanın baş naziri kədərini belə ifadə edib

© newinformDevid Kemeron - Böyük Britaniyanın baş naziri
Devid Kemeron - Böyük Britaniyanın baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Devid Kemeron Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

BAKI, 15 dek-Sputnik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron (David Cameron) Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu yazıb.

Kemeron dekabrın 4-də "Günəşli" neft yatağındakı 10 saylı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbərindən dərin kədər hissi keçirdiyini bildirib.

Günəşli platformasında baş verən yanğının söndürülməsi - Sputnik Azərbaycan
ABŞ "Günəşli" yatağındakı qəza ilə bağlı öz köməyini təklif edib

"Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm. Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm" — Kemeronun məktubunda deyilir.

Xəbər lenti
0