ABŞ "Günəşli" yatağındakı qəza ilə bağlı öz köməyini təklif edib

© apaGünəşli platformasında baş verən yanğının söndürülməsi
Günəşli platformasında baş verən yanğının söndürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Amos Hokstayn: ABŞ DİN-in Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır.

BAKI, 14 dek-Sputnik. ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Sputnik Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata istinadən xəbər verir ki, A. Hokstayn "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

A.Hokstayn həmçinin qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: "ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".

Xəbər lenti
0