Ukraynada "Saakaşvili fırtınası" baş verib

© ren.tvМихаил Саакашвили и Арсен Аваков
Михаил Саакашвили и Арсен Аваков - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Saakaşvili nazirlərə qışqırıb, əvəzində isə onu təhqir ediblər və sifətinə su çiləyiblər.

BAKI, 15 dek-Sputnik. Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixail Saakaşvilinin korrupsiya ittihamlarına cavab olaraq onun sifətinə su çiləyib. Avakov bu barədə özünün "Facebook" səhifəsində yazıb. 

Sputnik-in məlumatına görə, insident Milli İslahat Şurasının iclasında baş verib. Avakov maraqlanıb ki, o, niyə Odessa portundakı zavodun özəlləşdirilməsi məsələsində "Uralkim"in (Uralxim) rus oliqarxlarına müraciət edib. Nazir çıxışında həmin oliqarxın adını çəkməyib.

Avakovun sözlərinə görə, bu sualının əvəzində Saakaşvili "isterika qoparıb və qışqırmağa başlayıb". "Halbuki heç kimin mənimlə belə danışmaq ixtiyarı yoxdur" — deyə daxili işlər naziri bildirib. O deyib ki, qubernator iclasda onu korrupsioner adlandırıb, özünü isə təmiz adam kimi xarakterizə edib.

"Mən onu vurmaqdan özümü güclə saxladım, sifətinə su çilədim" — deyə Avakov Saakaşvili tərəfindən təhqir olunduqdan sonra belə etdiyini bildirib.
Daha sonra Avakov Saakaşvilini "köpək", "çirkli fırtıqlı narkoman", "boşboğaz populist", "məsuliyyətsiz boşboğaz", "qanacaqsız gədə", "alçaq cəngavər" kimi epitetlərlə "bəzəyib".

Экс-президент Грузии и советник президента Украины М.Саакашвили - Sputnik Azərbaycan
Mixail Saakaşvili: Ukraynada dövlət aparatı çökəcək

"Sadə bir sual isterika və təhqir doğurdu. Əgər soğan yeməmisənsə, için niyə yanır?" — deyən nazir gürcü qubernatorun öz uğursuz fəaliyyəti ilə istefanı haqq etdiyini bildirib.

Avakovun fikrincə, "Odessa port zavodu açıq surətdə adı üstündə olan Qərb şirkətlərinə satılmalıdır, nəinki xəlvətcə rus oliqarxının ofşor şirkətinə."

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə Ukrayna prezidenti administrasiyasından Milli İslahat Şurasının iclasının videoyazısını tam şəkildə yayımlamağı tələb edib.

Bu barədə Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

"Mən qəti surətdə Prezident administrasiyasının mətbuat xidmətindən bu gün Milli İslahat Şurasının iclasında ölkənin baş naziri və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm. Çəkiliş üç kamera vasitəsilə aparılıb. Ukrayna xalqı kimlərin ona rəhbərlik etdiyini bilməlidir. Mən iclasda dediyim hər bir sözə görə cavab verməyə hazıram" — Saakaşvili yazıb.

Ukrayna Ali Radasının deputatı Sergey Leşşenkonun dediyinə görə, baş nazir Arseni Yatsenyuk Saakaşvilini "qastrolçu" adlandırıb, onu Ukraynadan "rədd olmağa" çağırıb. "Saakaşvili cavab olaraq deyib ki, o, Ukrayna vətəndaşıdır və Yatsenyukdan fərqli olaraq ölkəsini talamayıb. Bütün bunlar prezidentin də iştirak etdiyi iclasda baş verib. Prezident Pyotr Poroşenko əvvəl tərəfləri sakitləşdirməyə çalışıb, sonra isə iclası bağlı elan edib" — deyə Leşşenko bildirib.

Xəbər lenti
0