Mixail Saakaşvili: Ukraynada dövlət aparatı çökəcək

© Sputnik / Stringer / Mediabanka keçidЭкс-президент Грузии и советник президента Украины М.Саакашвили
Экс-президент Грузии и советник президента Украины М.Саакашвили - Sputnik Azərbaycan
Abunə olmaq
Odessa vilayətinin gürcü qubernatoru deyib ki, Ukraynada pullar büdcəyə daxil olmamış oğurlanır.

BAKI, 8 noy — Sputnik. Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq.

Sputnik xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili "112 Ukrayna" telekanalına müsahibəsində bəyan edib.

APA-nın məlumatına görə, Saakaşvili Ukraynada dövlət aparatının demək olar ki, dağıldığını deyib: "O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır."

"Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, "qara deşik"lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək" — Saakaşvili əlavə edib.

Xəbər lenti
0