Sülhəddin Əkbər MTN-də islahatları dəstəklədi

© ADPSülhəddin Əkbər
Sülhəddin Əkbər - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Vətənpərvərliyə və peşəkarlığa üstünlük verilməlidir. Bunun üçün də Akademiyanın işi yenidən qurulmalıdır.

BAKI, 14 dek — Sputnik. Prezidentin Milli Təhlükəsizliklə bağlı son sərəncamlarını müsbət qiymətləndirirəm.
Bunu politoloq Sülhəddin Əkbər Sputnik-ə açıqlamasında deyib.

İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalamasını şərh edən politoloq, kompleks tədbirlər həyata keçirilməsinin vacib olduğunu qeyd edib.

Ильхам Алиев - Sputnik Azərbaycan
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb
  

"Bir neçə gün öncə özəl telekanallardan birində də demişdim. MTN-də ciddi islahatlar aparılmalıdır. Ona görə də yeni xidmət növlərinin yaradılmasını müsbət qarşılayıram. Ancaq təkcə bu xidmətlərin yaradılması ilə vəziyyət öz-özünə yaxşılaşan deyil. Kadr seçimi ciddi olmalıdır. Vətənpərvərliyə və peşəkarlığa üstünlük verilməlidir. Bunun üçün də Akademiyanın işi yenidən qurulmalıdır" — deyə Sülhəddin Əkbər əlavə edib.

Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev - Sputnik Azərbaycan
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi

Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.

Xəbər lenti
0